Pi Günü – məşhur pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır.
Pi ədədinin ən çox istifadə olunan qiyməti 3,14-dür. Əsil qiyməti isə 3,141592653589793238462643383... kimi davam etməkdədir. Çevrənin uzunluğu və dairənin sahəsi başda olmaqla riyaziyyat və fizikada böyük bir yerə malikdir.
Pi Gününün ilk rəsmi və ya kütləvi qeyd olunması Larri Şou və digər işçilər ilə 1988-də, Şounun fizik olaraq işlədiyi San Fransisko Eksploratoriumda həyata keçirilib.
12 mart 2009-cu ildə ABŞ Nümayəndələr Məclisi 14 mart 2009 tarixini Beynəlxalq Pi Günü elan etdi.