Pia Bretianu

Pia Bretianu (rum. Pia Brătianu 1841, Pleşoyu[d], Vılça judetsi1920, Buxarest) — Rumıniyanın məşhur siyasətçisi İon Bratianunun həyat yoldaşı.

Pia Bretianu
Doğum tarixi 1841
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

O, 1841-ci ildə Vılça dairəsində boyar olan, Luka və Evqeniya Pleşoyanu ailəsində Pleşoya adlı ərazidə dünyaya gəlir. Gənc anası 1842-ci ildə ikinci qızının dünyaya gətirir. O, doğuşdan sonrakı qızdırmadan ölür.

Kaliopiya və bacısı nənəsi Sultana Kapeleanu tərəfindən böyüdülür. Krayova şəhərindəki internat məktəbində oxuyurlar. Atasının ölümündən sonra 16 yaşında yetim qalır. Onlar mühafizəkar fikirləri olan iki əmisinin - Yanku Kapeleanu və Mateya Vladeskunun himayəsinə alınır. Qızı Kalimanesti şəhərində Schitul Ostrov monastırına, ana Maksimiliyanın himayəsi altında göndərirlər. Ana Maksimiliya İon Bratianunun bacısı olur. İonla görüşənlərdən sonra 6 iyul 1858-ci ildə eyni monastırda evlənirlər. Yaş fərqinə və Pia ailəsinin müxalifliyinə baxmayaraq evlilik baş tutur. Gənc ailə, atasının ölümündən sonra Pia Bretianuya keçən mülklərdən birində Stefanestidə yerləşməyə qərar verirlər. Elə həmin il evi düzəltməyə başladılar və İonun bacılarından biri Anika Furduesku ilə müvəqqəti yaşadılar. Toydan sonrakı ilk illərdə Pia, şotland əsilli rumıniyalı jurnalist Maria Rosetti tərəfindən böyük təsirə məruz qalır. Evləndikdən sonra açdığı yeni dünyadan təsirlənərək təhsilindəki qüsurları görür və özünü təhsilə ayırmağa qərar verdi: fransız dili dərsləri alır, ədəbiyyat, qrammatika və tarix öyrənir. İon Bratianu özü könüllü olaraq oan tarix dərslərini öyrədir.

Pianın övladları və İon Bretianu
Florica mədəniyyət mərkəzi

Ailədə səkkiz uşaq dünyaya gəlir: üç oğlan və beş qız. Onlardan birincisi Florika (Florica), üç yaşında ikən ölür. Onun xatirəsinə İon Bratianu Stefanestidəki iqamətgahı adlandırır. Ailəsindəki digər uşaqlar: Sabina (1863-1941), İonel (1864-1927), Dinu (1866-1950), Vintile (1867-1930), Mariya (1868-1945), Tatyana (1870-1940) və Pia (1872-1946). Oğullardan ikisi: İonel və Vintile Rumıniyanın Baş naziri olur.

Pia Bretianu 1920-ci ildə Buxarestdə vəfat etdir. Buxarestdəki Școala Gimnazia gimnaziyası onun adını daşıyır[1].

Ailə iqamətgahı Florika bir çox xarici və Rumıniya siyasətçilərinin ziyarət etdiyi mədəniyyət və siyasət mərkəzinə çevrilir: dövlət xadimləri, siyasətçilər, yazıçılar, elm və mədəniyyət nümayəndələri. Rumıniya liberalları onu əsl ziyalı hesab edirdilər. Hal hazırda bir memarlıq abidəsidir, eyni zamanda mədəniyyət mərkəzi, istirahət və yaradıcılıq məkanıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Școala17PB Arxivləşdirilib 2019-05-08 at the Wayback Machine (rum.)

Mənbə[redaktə | mənbəni redaktə et]