Piktoqrafiya (lat. pictus – cizmək, çəkmək) — Məlumatın rəsm və ya rəsm ardıcıllığı ilə verilməsinə deyilir.
İlk yazı növü – piktoqrafiya (şəkli yazı, heroqlif) qədim Şərqdə icad edilmişdir. Qədim şumerlər, hindlilər, elamlar piktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq üçün istifadə etmişlər. E.ə. IV minilliyin sonunda piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda müstəqil yazı yaradıcılığı olmuşdur. Sonra onlar yeni yazılar meydana çıxardılar. Bunlar mixi heroqlif və s. olmuşdur.