Pilək tikmə

Pilək tikməli ayaqqabı

Pilək tikmə (rus. вышивка блестками) - pulcuqlu tikmə.

Pilək tikmə taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal dairəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub.

Çaxma pilək (zərənduz) tikmə Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş intişar tapıb. Bu sənət daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döyməbasma (qəlibkarlıq) üsulu ilə hazırlanarmış. Metal lövhələr ağır olduğundan məxmər, tikmə, xara, mahud kimi möhkəm parçalardan istifadə olunub. Belə tikməli əşyalar məişətdə taxça, buxarı, güzgü pərdəsi , pərdəbaşı süfrə və sairə məqsədlərlə istifadə olunub. Metal lövhəciklər müxtəlif formalı buta, paxlava, üçbucaq, dördkünc, dairə, quş, balıq və s. şəklində hazırlanırdı. XIX əsrdə zərənduz üsulunu qadın üst paltarlarının ətək və yaxalarına qaytanla bərabər tətbiq edirdilər. Buta, gülbuta, gülbənd və s. şəkilli piləkləri paltar yaxasına düzdükdə ona "düymə", "həbbaf” da deyilirdi.[1][2].