Pilatr de Rozye

Jan-Fransua Pilatr de Rozye (fr. Jean-François Pilâtre de Rozier; 30 mart 175415 iyun 1785) — fransız ayronavtı, kimyaçısı, fiziki, aviasiya sahəsində pionerlərindən biri. O, ayrostatla (Hava şarı ilə) səmaya qalxmağa qərar verən ilk adamdır.

Pilatr de Rozye
Jan-Fransua Pilatr de Rozye
Doğum tarixi
Doğum yeri Metz, Fransa
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Vimrö, Fransa
Vəfat səbəbi Həlak olub
Fəaliyyəti Fizikaçı, Kimyaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavanlıq illərində Pilatr de Rozye riyaziyyat, fizika, kimya və təbiət elmlərinə böyük maraq göstərirdi. Sonralar o kimya fənnini tədris edirdi. "Ateney" Paris elmi cəmiyyətinin təsisçisi idi.

Monqolfye qardaşlarının ixtiralarının böyük pərəstişkarı kimi o, ilk dəfə tək, sonra isə Jiru de Villet ilə hava şarında səmaya qalxır. 1783-cü ilin 21 noyabr tarixində isə diametri 48 paris futu (15,5 metr), hündrlüyü 74 fut (24 metr) olan ayrostatla tam uçuş həyata keçirilir. Rozye və markiz Fransua Loran d’Arland yüksək səmaya qalxırlar.

15 iyun 1785-ci ildə Rozye ayrostatla La-Manş boğazını uçub keçmək qərarını verir, lakin şar alışır və Rozye, Romen adlı yol yoldaşı ilə həlak olur.

1991-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən hissəsində yerləşən kraterlərin birinə Pilatr de Rozyenin şərəfinə "Pilatr" adı verib.