Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn),[1] — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir.[2][3]
Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır.[2]
Muzey 12 yanvar 1997-ci ildə açılmışdır.
Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur.
Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur. Haqqı isə 80 yeni tayvan dollarıdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |