Pirallahı körpüsü

Pirallahı körpüsü[1] - Abşeron yarımadasının şərqini Pirallahı adası ilə birləşdirən avtomobil körpüsü. Körpünün uzunluğu 442 m, eni isə 14m təşkil edir. Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpü 9 aşırımdan ibarətdir Orta aşırımının dəniz səviyyəsindən hündürlüyü 11 metrdir.

Pirallahı körpüsü
azərb. Pirallahı körpüsü
Xəritə
40°24′25″ şm. e. 50°20′47″ ş. u.HGYO
Keçid maşın üçün
Üslubu Aşırımlı körpü
Material dəmir-beton
Uzunluğu 422 metr
Eni 14 metr
Hündürlüyü 11 metr (orta aşırım)
Açılışı 11 may 2017

Tarixən Abşeron boğazı gəmi, kater və qayıqlar vastəsi ilə qət olunaraq Pirallahı adası ilə əlaqə yaradılırdı. 1939-cu ildə Moskva şəhərində Yanacaq Sənayesi Xalq Komissarlığı tərəfindən "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən dambanın tikintisi 1941-ci ildə başlanılmış, 1944-cu ildə başa çatdırılmışdır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür. Bir müddət sonra isə damba üzəri ilə adaya dəmir yolu çəkilmişdir. Azərbaycan dəmiryolları Artyom adası stansiyası 13 may 1953-cü ildə istifadəyə verilmişdir. 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar, elektrik qatarlarının hərəkəti dayandırılmış və dəmir yol xətti sökülərək ləğv edilmişdir[2]. Pirallahı körpüsünün açılışı 2017-ci ilin 11 mayında baş tutmuşdur. Körpünün inşası ilə gəmilər boğazdan sərbəst şəkildə keçmə imkanı əldə etmişlər.

  1. "Pirallahı körpüsü". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
  2. "Youtube.com". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.