Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Anacamptis pyramidalis (L.) Rich.
Hündürlüyü 25-65 sm olan çoxillik bitkidir. Kök yumruları bütövdür, dəyirmi və ya yumurtaşəkillidir, bəzən ellipsvaridir.
Yarpaqları xətvaridir, qaidə hissəsi gövdə həcmini artıran olub, uc hissəyə doğru daralandır, qismən sivridir, yuxarı yarpaqları sivriləşmiş qın şəklindədir.[1]
Çiçək qrupu sıxdır, çoxçiçəklidir, yumurtaşəkilli-piramidavaridir. Çiçəkləri tündqırmızı, bəzən çəhrayı və hətta ağ rənglidir. Mahmızının uzunluğu 13-14 mm-dir.
May
May-İyul
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Aşağı dağ qurşağından, orta dağ qurşağına qədər.
Meşə kənarında, kolluqlarda, bağlarda, otlu yamaclarda rast gəlinir.
Dekorativ bitkidir.
Kök yumrularından tibbdə istifadə edilir.