Pireney xıncalausu

Ornithogalum pyrenaicum L. subsp. flavescens (Lam.) K. Richt. = O. flavescens

Hündürlüyü 30-65 sm olan bitkidir. Soğanağı qismən iri, yumurtaşəkilli, eni 1,5-3 sm olub, bayır tərəfinin çox hissəsi ağ pərdəşəkilli, şəffaf və ya qonur rəngli qurumuş qınla örtülüdür. Gövdəsi düz, dəyirmi, çılpaq, içi boş, möhkəm və yarpaqlardan uzundur.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları ensiz-neştərvaridir, qismən novşəkillidir, eni 4-6 mm-dir və gövdədən qısadır.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçək qrupu çoxçiçəklidir, uzunluğu 10-25 sm-dir. Çiçəkləri qismən uzun saplaq üzərində yerləşmişdir; aşağı hissədəki saplaqlar yuxardakılardan qısadır; çiçəkləmə dövründən sonra saplaq çiçək qrupunun oxuna doğru qismən sıxılır. Çiçək qrupunun uzunluğu 10-25 sm-dir. Çiçəkaltlıqları çiçək saplağından qısadır, neştərvaridir, sivriləşmişdir və ağ pərdəvaridir. Çiçək yanlığının yarpaqcıqları uzunsov-xətvari və ya uzunsov-neştərvaridir, kütdür, arxa hissəsi ağ rəngdə olub, üzərində yaşıl zolaqları vardır və uzunluğu 10-12 mm-dir. Erkəkcikləri uzunluğuna görə çiçəkyanlığının uzunluğunun yarısına bərabərdir.[1]

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq yumurtaşəkilli olub, qismən üç tillidir.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyun-İyul

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Aərbaycanın bütün rayonlarında. Ovalıqdan, orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşə kənarında,kolluqlarda, bağlarda, əkin sahələrində, otlu yamaclarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Soğanaqları qızarmış və marinad olunmuş halda qidada istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016