Pirqos (şəhər)

PirqosYunanıstanda, Peloponnes yarımadasının qərbində şəhər. Elida nomunun inzibati mərkəzi.

Pirqos şəhəri dənizdən 4 km, qədim Olimpdən 19 km, Afinadan 315 km aralı məsafədə yerləşir. Katakolon limanı bu şəhərdə yerləşir. 2001-ci il əhalinin siyahıya alınmasına əsasən şəhərdə 45 min əhali yaşayır, şəhər ətrafı ərazi ikə birlikdə əhalinin sayı 50681 nəfər olmuşdur. Katakolon limanı sayəsində Pirqos şəhəri regionun əsas ticarət mərkəzinə çevrilmişdir.

Pirqos şəhəri XVII əsrdə meydana gəlmişdir, Yorqos Tsernoyas bu şəhərin banisi hesab olunur. 1821-ci il üsyanı zamanı Pirqos şəhəri Yunanıstanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışdır. Bu şəhər osmanlılar tərəfindən dağıdılmış ilk yunan şəhəridir.