Pis tərbiyə (isp. La mala educación) — rejissor Pedro Almodovarın dram janrında filmi. 2004-cü ildə çəkilmişdir.
Pis tərbiyə La mala educación | |
---|---|
isp. La mala educación | |
Janr | dram / triller |
Rejissor | Pedro Almodovar |
Prodüserlər | |
Ssenari müəllifi | |
Baş rollarda |
Qael Qarsia Bernal Fele Martinez |
Operator | Xose Luis Alkaine |
Bəstəkar | Alberto İqlesias |
Montajçı | Maykl Tronik[d] |
Distribütor | Warner Bros., Sony Pictures Classics[d] |
İlk baxış tarixi | 2004 |
Filmin növü | Bədii film |
Müddət | 105 dəq. |
Büdcə | 5 mln. $ |
Ölkələr | İspaniya |
Dil | İspanca |
İl | 2006 |
Rəng | rəngli |
Çəkiliş yeri | Madrid |
IMDb | ID0275491 |
Enrike (Fele Martínez) 27 yaşlı uğurlu rejissordur. O özünü yeni filmlərini üçün yeni süjetlərinin axtarışındadır. Bir gün, öz ofisində işləyərkən, onun yanına İqnasio adında uşaqlıq dostu adında gənc insan gəlir. İgnasio Enrique'yə deyir ki, ona təcili olaraq iş tapmaq lazımdır və həmçinin onun uşaqlıq haqqında yazılmış hekayəsini verir. O bu gündən onu İqnasio deyil, Anhel adlandırmağı xahiş edir.
"Ziyarət" adlı hekayədə İgnasio və Enriquenin katolik internatda birgə həyatından danışılır. İgnasio internatda padre Manolo tərəfindən müntəzəm seksual zorakarlığa məruz qalır. Bununla belə İgnasio gizli olaraq məktəb dostu olan Enrique'yə aşiqdir. Oğlanlar birgə masturbasiya ilə məşğul olarkən padre Manolo onları tutur; Enrique internatdan qovulmaması üçün, İgnasio padrenin qəyyumluğuna verilir. Ancaq padre heç nəyə baxmayaraq Enrique'ni internatdan qovur.
Sonradan, hekayə 10 il qabağa keçir. İgnasio transvestit olur və adını dəyişərək Saara qoyur. Təmamlə pyan Enrique yatarkən Saara onu qarət eləyir, lakin qarət zamanı Saara təsadüfən onun şəxsiyyət vərəqəsini aşkar edir və bununla qarşısında kim olduğunu öyrənir. Sabahısı gün o internata gedərək padre Manolonu tapır və onu öz uşaqlıq hekayəsi ilə şantaj etməyə başlayır.
Enrique filmin çəkilişlərinə başlayır, və həmçinin İgnasionun vətəninə Qalisiyaya gedir. Orada onun anasından öyrənir ki, İgnasio artıq 4 ildir ki, ölüb, onun adı ilə özünü qələmə verən isə əslində onun balaca qardaşı Xuan'dır. Bununla belə o filmin çəkilişlərini davam etdirir amma filmin yekun, final hissəsini dəyişir: filmdə Saara'nı padrenin kolleqası öldürür.
Çəkilişlərin sonu ilə meydanda senyor Berenger (Luis Omar) adlı bir şəxs peyda olur. O qəzetlərdən film çəkilişləri haqqda öyrənir; sən demə senyor Berenger padre Manolonun özüdür elə. O internatı tərk eləyir, evlənir. Enrique ondan öyrənir ki, İgnasio/Saara şantaj yolu ilə ondan narkotiklar və cinsini dəyişməsi əməliyyatı üçün pul mənimsəyirdi. Elə o zamanda Berenger ilk dəfə Xuanla görüşür və ona aşiq olur. Tezliklə hər ikisi İgnasio/Saaranı necə öldürmək üçün plan tərtib edirlər. Onlar onun üçün təmiz heroin düzəldirlər. Artıq doza gəbul etdiyindən, İgnasio Enrique üçün məktub yazdığı moment ölür.
Enrique eşitdiyindən şoka düşür və Xuanla olan bütün əlaqələri məhv edir. Amma getməzdən əvvəl Xuan Enrique həmin son məktubu verir.