Pisidiya Antioxiyası (yun. Αντιόχεια της Πισιδίας, lat. Antiochia Caesareia və ya lat. Antiochia Caesaria) — Türkiyənin Aralıq dənizi, Egey və Mərkəzi Anadolu bölgələrinin kəsişdiyi Göllər bölgəsində, Pisidiya və Frigiyanın sərhədində yerləşən qədim şəhər. "Frigiya Antioxiyası" kimi də tanınır. Şəhər şimaldakı 1236 metrlik ən yüksək nöqtəsi ilə vadi görünüşündədir.
Qədim şəhər | |
Pisidiya Antioxiyası | |
---|---|
Αντιόχεια της Πισιδίας | |
38°18′22″ şm. e. 31°11′21″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | İsparta ili |
Milli tərkibi | Yunanlar |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərdə bir teatr, kilsə, Avqust məbədi və buna bənzər strukturlar vardır. 1176 metr yüksəkliyi olan təpənin üzərində tikilən şəhərin şimalında, cənub-qərb istiqamətində Gelendost mahalını keçərək Əyirdir gölünə çatan Antius çayı axır. Şəhərin qurulduğu ərazi şərqdə Sultan dağları, şimalda Qartal dağı, cənub-şərqdə Qırmızı dağ, cənub-qərbdə Tirli dağ və Əyirdir gölünün şimal sahili ilə yuyulur.
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |