Porta Pia (lat. Porta Pia) — Romanın Avrelian divarının şimal-şərq tərəfindəki qapılar. Nomentan yolunda yerləşən bu qapıları Mediçi ailəsindən olan Roma papası IV Piy tikdirmişdi. Qapılar sökülmüş Nomentan qapılarının (lat. Porta Nomentana) yerində ucaldılıb.
Piy qapıları | |
---|---|
Porta Pia | |
41°54′33″ şm. e. 12°30′04″ ş. u. | |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vazariyə inansaq, bu qapılar Mikelanceloya aid sonuncu memarlıq proyekti olmuşdular. Mikelancelo qapıların layihəsi üçün 3 variant təqdim etmişdi və pontifik, onlardan ən ucuzunu seçərək sifarişi təsdiqləmişdi. 1561–1565-ci illərdə memar Cakomo del Dukanın nəzarəti altında tikilən fasad, hətta manyerizm üçün belə həddən artıq olan qeyri tipik detallarla bəzənib. Buna görə də onu "əbədi şəhərin" girişinin üzərində teatr pərdəsinə bənzədirlər[1]. Təəssüf ki, qapılar üzərində işin sonunu Mikelancelo görə bilməmişdi.
1851-ci ildə qapıları ildırım vurmasından sonra, qapıların sifarişçisinin adaşı olan IX Piy, onları restavrasiya etmək qərarına gəldi. Xarici, şimal-şərqi fasad 1869-cu ildə Vircinio Vespinyaninin layihəsi əsasında Mikelancelonun işindən fərqli olaraq neoklassik üslubda tamamlanmışdı. Yeni fasadın nişlərinə Müqəddəs Aqnesin və Papa I Aleksandrın heykəllərini qoyulmuşdu. Arkanın üzərində isə Papanın qapıları, 1855-ci ildə qonşu Müqəddəs Aqnes monastrında divarın dağılmasından "möcüzəvi xilas" etdiyini xatırladan lövhə vurulmuşdu. 1853-cü ildə iki il əvvəlki ildırım vurmasına görə restavrasiya işləri başlandı. Bu bərpa işləri çərçivəsində yeni bina və daxili həyət də əlavə edilmişdi.
Piy qapıları, 20 sentyabr 1870-ci ildə, bersalyer qoşunlarının onların yanındakı boşluqdan Romaya girməsindən sonra tarixə düşmüşdülər. Bu hadisə ilə risorcimentoya son qoyuldu. 1932-ci ildə Benito Mussolini, qapıların önündəki meydanda bersalyerlərə abidə qoymaqla bu hadisəni qeyd etməyi əmr etmişdi.
18 iyun 1904-cü ildən bəri qonşu binada Bersalyerlər muzeyi fəaliyyət göstərir. Bu muzeydə İtaliyanın milli qəhrəmanı Enriko Totinin qəbri saxlanılır[2].
11 sentyabr 1926-cı ildə bombardmançı Cino Luketti Piy qapıları yaxınlığında Benito Mussoliniyə uğursuz suiqəsd etmişdi.