Piy vəzisi

     Dəri vəziləri də epidermisin epiteli hüceyrələrinin dəri əsasına və dərialtı qata çıxması nəticəsində əmələ gəlir.Dəri vəziləri morfoloji cəhətcə yumaqcıqlıalveollu vəzilərə bölünür. Yumaqcıqlı vəzilər borulu vəzilərdən olub,uclarında yumaqları var.Bunlara;1.Tər vəziləri 2.Kirpik vəziləri 3.Qulaq kiri vəziləri və s.aiddir.Alveollu vəzilərə piy vəziləri daxildir.Piy vəziləri sadə və şaxəli alveollu  vəzilərdən olub, xüsusi  dəridə yerləşir, axacaqları vasitəsilə xaricə tük kisəciklərinə acılır.Piy vəzilərinə bədənimizin bir çox nahiyyələrində-göz qapaqlarında,dodaqların haşiyəsində,burun dəhlizində,süd vəziləri ətrafında və s.təsadüf edilir.Tük kisəcikləri ilə rabitədə olan piy vəziləri xarici tük kökü yatağı epitelindən,epidermis-epitelindən inkişaf edir və xüsusi dəriyə daxil olur.Piy vəziləri,ifraz etdikləri yağlar tükləri və dərini yağlayır,onların tamlığını qoruyur.Qocalıqda piy vəziləri atrofiyaya uğradığına ,miqdarca azaldığına görə və tüklər quru olur, kobudlaşır və parıltısını itirir.Piy vəzilərinin ifraz etdiyi yağlar dəriüstlüyünü və tükləri yumşaldır.Baş,üz və bel  nahiyəsində onların miqdarı daha çox olur.Sutka ərzində piy vəziləri 20q-dək dəri piyi ifraz edir.

   Apokrin vəziləri derma örtüyünün bəzi sahələrində olur ki,onlar da spesifik qoxulu maddələr ifraz edirlər.Apokrin vəzilərinin sekretor fəaliyyəti insanın cinsi yetişkənliyi dövründə başlanır,qocalıq yaşlarında bu vəzilərin fəaliyyəti zəifləyir.