Plüm

Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir .

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.