Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir:
Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar).
Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Platformada çox az da olsa yüksələn və çökən hissələr mövcuddur. Bu yüksələn hissələrə antikliz, çökən hissələrə isə sinekliz deyilir. Qədim ərazilər olan platformalar çox qıvrıla bilmədiklərinə görə bəzən qırılmalara məruz qalır. Qırılan yerlərin yüksəkdə qalan hissələrinə horst, çökən hissələrinə isə qraben deyilir. Bəzən qrabenlərə su yığılır və tektonik mənşəli göllər əmələ gəlir (Baykal, Tanqanika, Nyasa və s.).
Yaşına görə platformalar 2 yerə ayrılır: