Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Platonun gözəlliyin təsnifatına dair fəlsəfi fikirləri üç mərhələyə bölünür:
Platonun Sokrat dövründə Gözəllik Fəlsəfəsi
Bu dövrdə Platon gözəlliyi kateqoriya kimi görməyə başlayır. Bu dövrün ən önəmli dialoqu Böyük Hippia dialoqudur. Bu dialoqda danışanlar Sokrat və Sfist Hippiadır. Böyük Hippia dialoqu gözəlliyin nə olduğundan çox nə olmadığını izah edən mübahisəli bir dialoqdur. Bu dialoq hər şeydən öncə gözəlliyi aydınlaşdırmaq istəyir. Ancaq xarici görünüş baxımından bu dialoq çox da məqsədə çatmış sayılmaz. Onun vacib bir nəticəyə çatmaması fəlsəfə tarixində ilk dəfə gözəlliyi mövzu kimi ələ almış olmasından qaynaqlanır. Digər bir təklifdə bu dialoq gözəlliyi təsnif baxımından iki yerə ayrılır: Bu yaradılışdan var olan gözəllik və sonradan qazanılmış gözəllikdir.
Platon’un Kamillik dönəmində Gözəllik
Bu dövrdə Platon gözəlliyin öz özünə gözəl olduğu anlayışını irəli sürür.Filosof kamillik dönəmində gözəlliyi dəyər olaraq adlandırarkən daha dərindən qavramağa çalışmışdır. Bayram adlı əsərində gözəlliyi qavrama yolu Erosdan başlanaraq açıqlanır. Eros sevgi, eşq anlamında bir sözdür. Eros vasitəsilə gözəlliyə çatma istəyi və eyni zamanda ölümsüzlüyü tapmaq yolu burada əsas məsələdir. İnsan üçün iki cür ölümsüzlük var a) Bədən Vasitəsilə: Qadınla, onun övlad sahibi olması ilə ölümsüzlüyü gerçəkləşər. b) Ruh Vasitəsilə: Burada Eros gənclərə yönəlir. Onların düzgün yetişdirilməsi, elmi biliklərə yiyələnməsi nəzərdə tutulur. Erosun gənclərin ruhuna girməsi ilə onlarda üstün bacarıqlar və iradə meydana gəlir. Bu məqamda insan ruh gözəlliyinə çatmış sayılır. Ruh gözəlliyinə çatan insan üstəlik gözəlliyi insan yaşayışındaki davranışlarda da axtarmağa başlayır. Bundan sonraki mərhələ elmdir. Eros’un bu qədər ucaltdığı insan artıq tək tək gözəlliklərlə kifayətlənmir, o gözəlliyin özünə yönəlir və onu axtarır. Platon bu məqamda gözəlliyi hisslər dünyasından qopararaq ideyalar dünyasına yerləşdirmək və onu ideya şəklinə salmağa çalışır. Artıq gözəlliklər varlığın özü ilə əlaqəli bir gözəllik, yəni öz özündən gözəl olan mütləq gözəl halına düşür. Bu gözəlliyə çatan insan ölümsüzlüyə və xoşbəxtliyə də çatmış olur.
Platonun Yaşlılıq dönəmi gözəlliyin qavranması
Platonun yaşlılıq dönəmində gözəlliyin riyazi formasını öyrənməklə gerçəkləşir. Bu dönəmdə filosof əsasən iki fəlsəfə məktəbinin təsirində qalır. Eleya və Fitoqorasçılıq Platonun bu dönəmdə kainatı və kainatın içindəki varlıqları bir səviyyədə görməsindən ibarətdir. Formaların gözəlliyi dedikdə yalnız sayların gətirdiyi səviyyələr pərgar və cədvəl istifadə olunaraq hazırlanan eskizlər nəzərdə tutulur. Platonun bu dönəmdə artıq ideya formalaşdırmaq fikrindən daşındığı anlaşılır. Platon gözəlliyi sadəcə həndəsi formalar kimi görür. Formanın gözəlliyi bir əşyanın gözəlliyi ilə eyni şey deyil. Formanın gözəlliyi bir əşyanı gözəlləşdirən prinsipdir. Əgər bir obyektdə say dəqiqdirsə bu obyektlər yaradılışdan gözəldir.