Plazma kimyası

Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır. Az ionlaşmış və ya aşağı temperaturlu və yüksək temperaturlu plazmaya bölünmə var. Plazmokimyəvi proseslər 1000-100000C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hissəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir.

Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10−6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod treaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir.

Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına rəğmən gündə 75 ton asetilen istehsal edir. Bu isə bir zavodun istehsalının həcmidir. 3000-35000C intervalında saniyənin mində biri müddətində metan 80%-i asetilenə çevrilir. Enerjinin 90-95%-indən istifadə olunur. 1 kq asetilnə enerji sərfi 3 kvt.saatdır. Metanın buxar reaktorunda pirolizinin enerji sərfi bundan iki dəfə çoxdur.

Son illər atmosfer azotundan plazmokimyəvi üsulla azot oksidi alınması üsulu işlənib hazırlanmışdır. Bu üsul iqtisadi cəhətdən ammonyak üsulundan daha səmərəlidir.

Plazma poladəritmə sobaları yüksək keyfiyyətli polad növləri almağa imkan verir. Alətlərin səthinin plazma ilə işlənməsi sürtünməyə davamlılığı bir neçə dəfə artırır.

Plazmokimyəvi üsulla, yüksək təzyiq tətbiq etmədən, karbonun maye yanacağa çevrilməsi üsulu hazırlanmışdır. Belə texnologiya ilə daş və boz kömürdən sintez qazdan əlavə başqa maddələr də: texniki silisium, karbosilisium, ferrosilisium, adsorbent və s. alınır.[1]

  1. Dilqəm Tağıyev, Asif Məmmədov. "Gələcəyin kimyası". Bakı 2019. s.339