Poçt (rus. Почта, lat. posta) — rabitə və məktub, açıqca, kiçik əşyalar və bəzən insanların nəql edilməsi. Nəqliyyat vasitələri ilə mütamadi olaraq məktub, dövri mətbuat, pul köçürmələri, banderolun göndərilməsini təmin edir[1]. Daha çox dövlət müəssisəsi olurlar. Tarixən məktub, kitab, məhsul nümunələri və pul göndərilməsi nəticəsində yaranıbdır[1].
Bir çox poçt təçkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir.
Yapon poçtu sürətli və keyfiyyətlidir. 70-ci illərdə kredit xidmətinin təqdimatı da poçta həvalə edildi. "Japan Post" 30% paya malik olaraq nəhəng bank və sığorta şirkətini özəl sektora vermək niyyətindədir. Ümumiyyətlə, Yapon poçtu dünyada nəhəng poçt-bank sisteminə malik bir müəssisə idi. "Japan Post" 24 min poçt şöbəsi və 240 min əməkdaşa malik bir müəssisədir. Uzun müddətdir müəssisənin özəlləşməsi nəzərdə tutulmuşdur və nəhayət artıq bu proses başa çatdırılıb. Nəticədə dövlətə məxsus olan "Japan Post Holding"ə aid olan hissələrdən yəni "Poçtbank", "Sığorta" (bu şirkətlə bağlanan saziş 1 trilyon dollar dəyərindədir) və "Yapon Poçt xidməti" (korrespondensiyaların çatdırılması) və "Yapon Poçt Şəbəkəsi" (əmlakın idarəolunması) kimi şirkətlər yaradıldı.
Yeni Zelandiyada ilk poçt şöbəsi 1840-cı ildə fəaliyyət göstərməyə başlamışdır. 1856 və 1958-ci illərdə poçt haqda çıxan qanunlar ölkədə poçtun irəliləməsinə təkan verdi.1989-cu ildə dövlət nəzarətindən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladı. 1990-cı ildə müəssisə "Airworks" şirkəti ilə birgə özəl hava xəttini əldə etdi. Bununla yanaşı müəssisə xidmət keyfiyyətinin artırılması istiqamətində işlər aparmağa başladı. Görülən işlərin nəticəsi olaraq fəaliyyət göstərdiyi müddət ərzində "New Zeland Post" müəssisəsi bir sıra mükafatlara layiq görülmüşdür. Bunlara misal olaraq, 1994-cü ildə "İlin şirkəti", 1999-cu ildə idarəetməyə görə, 2001-ci ildə isə "İşgüzar şirkət" adına layiq görülmüşdür. 2006-cı ildə müəssisə tərəfindən Vellinqtonda və Danidində yerləşdirilmiş emaletmə poçt mərkəzləri və bir sıra innovasiyalar sayəsində ölkədə poçt biznesinin inşafı üçün geniş imkanlar açılmışdır.
Avstraliya poçtu ölkədə poçt sahəsi üzrə inhisarçı müəssisə hesab edilir. Müəssisə Asiya-Sakitokean regionunda loqistika və müxtəlif xidmət paketi təqdim edən təchizatçı hesab edilir. Son 15 ildə Avstraliya poçtu xidmət diapazonunu genişləndirmiş və bu sahəyə yüksək kapital yatırmışdır. Müəssisə həmçinin filial və birgə müəssisələrə malikdir. Hər gün demək olar ki, milyondan artıq müştəriyə xidmət göstərir. Çinin "Sai Cheng" beynəlxalq şirkəti də müəssisə ilə sıx əməkdaşlıq edir. "Australian Post" ölkənin Rabitə Nazirliyi tərəfindən tənzimlənir.
Kanada poçtunın əsası 1867-ci ildə qoyulmuşdur. Hazırda isə müəssisənin 6800 poçt filialı var. Müəssisə rəhbərliyi bu sahənin inkişafı üçün bir sıra məqsədyönlü işlər aparır. Müəssisə 6800 poçt şöbəsinə malikdir. Məsələn, müəssisə 2006-cı ildə həyata keçirdiyi əməliyyat sayəsində 7,3 milyard manat gəlir əldə etmişdir. Müəssisə Kanada Poçt Qrupu markası ilə tanınır. 1978-ci ildən ÜPİ-nin üzvüdür. 1993-cü ildə Kanada poçt müəssisəsi "Purolator Courier" şirkətinin səhmlərini əldə etmişdir. Bu və digər istiqamətlərdə aparılan işlər poçt xidmətinin sürətinin armasına imkan yaratmış oldu.
Danimarka poçtu liberallaşdırılmışdır. Müəssisə "CVC Capital Pertners" şirkətinə satılmışdır. Özəlləşmə prosesi başa çatdıqdan sonra ölkənin poçt sahəsində xidmət keyfiyyəti daha da artmağa başladı. Danimarka poçtunun 22 000-dən artıq əməkdaşı var və hər gün milyondan artıq məktubun çatdırılmasına nail olur. "Elektron poçt qutusu" xidməti kütlə tərəfindən geniş yayılmışdır.
Nigeriyada ilk poçt şöbəsi 1851-ci ildə yaradılmışdır. O zamanlar Nigeriya britaniyalıların əsarəti altında olduğu üçün poçt sistemi onlara məxsus idi. 1966-cı ildə qəbul olunmuş dekretdən sonra poçt və telekommunikasiya ayrıldı. O zaman poçtun əsas funksiyalarına xidmət tarifi və təqdimatının keyfiyyətli olması, pul göndərişləri, filateliya xidmətləri, poçt markasının nəşri və istifadəsinə nəzarət və digər xidmətləri misal göstərmək olar. Sonralar poçt haqda çıxan qanunlardan sonra poçt sahəsində bir sıra dəyişikliklər oldu. 1992-ci ildə "NİPOST" artıq bir dövlət müəssisəsi kimi fəaliyyət göstərməyə başladı.
"SingPost" poçt müəssisəsi ölkədə xarici və daxili istiqamətdə keyfiyyətli poçt xidməti göstərən şirkət hesab edilir. Əldə etdiyi nailiyyətlərə görə 2007-ci ilin may ayında müəssisə "Keyfiyyət kateqoriyası"na layiq görülmüşdür. Xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə tərəfindən bir sıra layihələr həyata keçirilir.
Pakistan poçtu ölkədə geniş diapazonda xidmət spektrini təqdim edən müəssisə hesab edilir. Pakistan poçtunun uzun tarixi yolu vardır. 1947-ci ildə müəssisə poçt və teleqraf kimi fəaliyyət göstərirdi.1962-ci ildə isə teleqrafdan ayrıldı və Rabitə Nazirliyinə tabe müəssisə kimi fəaliyyət göstərməyə başladı. "Pakistan Post" bank, sığorta, vergi yığımı və bir sıra xidmətləri təqdim edir. Müəssisə 13000 poçt filialına malikdir. Bununla yanaşı "Pakistan Post" 20 milyon mənzili və şirkətləri ödənişsiz xidmətlə təmin edir. Müəssisə Ümumdünya Poçt İttifaqı ilə əməkdaşlıq edərək bir sıra texnologiyaların ölkədə tətbiqinə nail olmuşdur.
Filippin poçtu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tənzimlənir. Müəssisənin 18000-ə yaxın əməkdaşı var və 2 mindən artıq poçt filialına malikdir. "FhilPost"7 nəfərdən ibarət direktorlar şurasından ibarətdir. Ümumiyyətlə, Filippin poçtu qədim tarixə malikdir, yəni 250 ilə yaxındır ki, bu xidmət növü ölkəni poçt xidməti ilə təmin edir.
"Deutsche Post" Almaniya dünya poçt şəbəkəsi adı ilə tanınan nəhəng loqistika operatoru kimi tanınır. Məüssisənin 520 000 əməkdaşı var və bu işçi qüvvəsi sayəsində ilbəil müəssisə gəlirlərin sayını artırır. Alman poçtu əsasən 4 işgüzar istiqamətdə fəaliyyət göstərir. Poçt göndərişi, kuryerpoçt, loqistika və maliyyə xidməti. Poçtun çatdırılmasına görə alman poçtu Avropada liderdir.