Poçtmeysterin binası (Taqanroq)

Poçtmeysterin binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 87 ünvanında yerləşir. Bina XIX əsrin 60-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bir mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir.

Poçtmeysterin binası
rus. Дом почтмейстера
Xəritə
47°12′48″ şm. e. 38°56′06″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Yerləşir Qreçeskaya küçəsi

Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 87 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərində tacir Konçatovnaya məxsus olmuşdur. 10 ildən sonra 1870-ci illərin sonlarında bina Tomaşevskilərin mülkiyyətinə keçmişdir. Qeydiyyata gəldikdə isə hina Mixail Tomaşevskinin həyat yoldaşı Mariya Manuylovnaya aid idi. Mixsil Tomaşevski Taqanroq poçtmeystrində işləyirdi. İctimai toplantıların fəal üzvlərindən idi. Nikolayevsk uşaq yetim evinin fəxri üzvü idi. Mixail Petroviç öz həyat yoldaşından çəkinirdi.

Mariya Manuylovna de-fakto ərinin işlərini idarə edirdi. Poçtolyonların işinə xüsusi ilə ciddi yanaşırdı. 1884-ci ildə şəhərdə poçt və teleqraf xidmətləri birləşdirilərək «Poçt və teleqraf baş idarəsi» adlandırılmağa başlayır. Üstəlik Daxili işlər naxirliyinə birləşdirilir. O zamanlar məktubları evlərinə aparmırdılar. Məktublar poçt kontoruna göndərilirdi.

Şux qadın olan Mariya Manuylovnanı yerli rəssam və heykəltaraş olan Leonid Yeqorov (1848-1890) baralyefdə təsvir etmişdir. Bu baralyef Taqanroq Tarix-Diyarşunaslıq muzeyində saxlanılır. Onların ailəsində iki qız övladı vardı: Nadjda və Yelizaveta. Mixail Petroviç 89 yaşında 16 yanvar 1893-cü ildə, qızı Yelizaveta paralicdən 18 oktyabr 1916-cı ildə vəfat etmişdir. 1910-cu illərdə binaya poçmeysterin qızları sahib olur. Sovet dönəmində bina milliləşdirilmişdir. Hazırda yaşayış binası kimi istifadə edilir.

Bir mərtəbəli zirzəmiyə sahib olan bina. Girişi yan hisdədə yerləşir. Üzəri şiferlə örtülmüşdür. Fasadında beş pəncərə vardır. Üzəri qara suvaqla üzlənmişdir. Mərtəbələr arasında karniz vardır. Bina sarı rəngə boyansada, aşağı hissələri bozdur.

18 oktyabr 1992-ci il qərarı regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

  • Игорь Пащенко "Были-небыли Таганрога". Ростов-на-Дону. 2012.
  • Гаврюшкин О. П. По старой Греческой... (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.