Pobeda kinoteatrı

Pobeda kinoteatrıRostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Rostov vilayəti Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşirdi. Bina 1846-cı ildə inşa edilmişdir. Binada hazırda eyni adlı ticarət mərkəzi yerləşir. Binanın hazır ki, vəziyyəti idealdır. İki mərtəbədən ibarətdir.

Pobeda kinoteatrı
rus. Кинотеатр Победа
Xəritə
47°24′47″ şm. e. 40°05′55″ ş. u.
Ölkə  Rusiya
Şəhər Novoçerkassk
Tikilmə tarixi 1846

Pobeda kinoteatrı (hazır ki, ticarət mərkəzi) Novoçerkassk şəhəri Komitetskaya və Moskva küçələrinin kəsişdiyi ərazidə yerləşir. Hazırda burada ticarət mərkəzi və mağazalar yerləşir.

Bina 1846-cı ildə şəhər Tacir kazaklarının cəmiyyəti hesabına inşa edilmişdir. Cəmiyyət öz məqsədləri üçün binanın az bir qismini istifadə edirdi. Yerdə qalan hissə isə kirayəyə verilirdi. ХIХ — ХХ əsrin əvvəllərində binada kazak İ. V. İqnatevin bakkal dükanı, 1910-cu ildən isə A. N. Leonovun manifaktura mağazası yerləşirdi. 1912-ci ildə binada dörd mağaza, «Soley» kinoteatrı yerləşirdi.

Binada Rusiyanın bir çox tanınmış şəxsləri olmuşdur. 1850-ci ilin noyabr ayında knyaz Aleksandr Nikolayeviç ə, 1860-cı ildə knyaz Aleksandr Aleksandroviç 1872-ci ildə imperator II Aleksandr, 1887-ci ildə II Nikolayev binada olmuşdur. Bu əlamətdar hadislələrlə əlaqədar burada dörd memorial lövhə vurulmuşdur.

Birinci Dünya müharibəsi zamanı, 1914-cü ildən burada əsgər lazareti yerləşirdi.

Sovet hakimiyyəti dönəmində, XX əsrin 30-cu illərində burada elektro-bioqraf (kinoteatr) «Soley» yerləşirdi. Sonradan «Rot-Front» olaraq dəyişdirilmişdir. 1932-ci ildə ilk səsli filmlərdən biri göstərilmişdir. Böyük Vətən müharibəsindən sonra kinoteatrın adı «Pobeda» olaraq dəyişdirilir.

Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşın binada «Soley», «Pobeda» kinoteatrları və mağazaları yerləşirdi. Binada iki mərtəbədən ibarətdir. Fasadı qara suvaqla üzlənmişdir.

Новочеркасск. Энциклопедия. Новочеркасск. Изд. Новопринт. 2005. ISBN 5-94549-006-7.