Podorojnik (rus. Подорожник) — Sankt-Peterburqda ictimai nəqliyyatda ödəniş etmək üçün istifadə edilən təkrar doldurulan nəqliyyat kartı. 1 yanvar 2011-ci ildə təqdim edilib. Sistemi Hollandiyanın "Mifare" texnologiyasına əsaslanan London "Oyster kart"ın analoqudur. Sistem həmçinin 2013-cü ilin aprelində "Troyka"nın tətbiq olunduğu Moskva Nəqliyyat Departamentindən götürülmüşdür.
"Podorojnik" | |
---|---|
rus. Подорожник | |
Ölkə | Rusiya |
Subyekt |
Sankt-Peterburq Leninqrad vilayəti |
Yarandığı tarix | 1 yanvar 2011 |
Daşıyıcı | Mifare Plus X 4k |
Operator | SPb GKU "Nəqliyyat təşkilatçısı" |
İdarəetmə | Nəqliyyat komitəsi |
Balans artırma |
1 ilə 15.000 rubl arasında məbləğ Hesabda maksimum 15.000 rubl ola bilər |
Nəqliyyat |
Sankt-Peterburq metropoliteni, Sərnişinavtotrans, Qorelektrotrans, Şimal-qərb şəhərətrafı sərnişin şirkəti, Şəxsi daşıyıcılar |
Sayt | podorozhnik.spb.ru |
İstənilən etibarlı, güzəştsiz uzunmüddətli səyahət bileti "Podorojnik" kartına verilə və ya kartdan "elektron pul kisəsi" kimi istifadə oluna bilər.