Pokut yaylağı

Pokut yaylağı— Türkiyədə Rizə vilayətinin Çamlıhemşin rayonunda yerləşən bir yaylaqdır.

Çamlıhemşindən maşın ilə 1,5 saata çatmaq olar.21 km uzaqlıqdadır. Yolun böyük hissəsi torpaqdır."Pokut" sözü ermənicə "küləkli vadi" mənasını verir.Yerləşmə tarixi dəqiq bilinməsə də ilk yerləşmə 200 il əvvələ gedib çıxdığı güman edilir. Pokut yaylağına əsasən Ortan kəndi və Konak məhəlləsi sakinlərinin yaylaq yeridir. 1800 metr yüksəklikdən sonra ağaclar bitmədiyinə baxmayaraq bu yaylaq Qaradəniz küləyini aldığına görə burada ağaclar yetişir. Digər yaylaqlarda bu hündürlükdən sonra ağaclara rast gəlmək mümkün deyildir[1].

Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir[2].

Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub. Yaylanın yaxınlarında bulaq, çay olmadığı üçün su problemi yaşanır. Adətən bələdiyyə tərəfindən su anbarları mütəmadi doldurulur. Pokutda ən gözəl mənzərə dumanın yaylanı bürüdüyü vaxt olur. Bu vaxt "bulud dənizi"ni görə bilərsiniz. Yaylada gün ərzində soyuq, duman, yağış və günəşlə qarşılaşa bilərsiniz. Bəzən isə 15 gün duman, yağış olur, daha sonra günəş çıxır. İdeal səfər vaxtı may-sentyabr aylarıdır[2].

Burada kənardan gələn şəxslərə ev satmırlar. Qara dənizin hər yaylasında yalnız o bölgənin insanlarına torpaq satıb, ev tikməsinə icazə verirlər. Bu, regionun mədəniyyətini qorumaq məqsədi ilə edilir. Pokutda 5 qonaqlama mərkəzi var: Dəmirçioğlu otel, Pokut yayla evi, Pokut təbiət qonaq evi, Plato istirahət və yeni açılan Tanevit yayla evi. Demək olar ki, hamısında qiymətlər eynidir. Sabah və axşam yeməyi daxil gecəsi 120-150 lirə (66-83 AZN) arası dəyişir[2].

  1. "Pokut yaylağı". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
  2. 1 2 3 "Türkiyə yaylası". 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]