Pol Keres

Pol Petroviç Keres (est. Paul Keres; 7 yanvar 1916[3][4][…], Narva, Sankt-Peterburq quberniyası[d][1]5 iyun 1975[3][4][…], Helsinki[1]) — EstoniyaSovet şahmatçısı. Pol 1930-cu illərin ortalarından 1960-cı illərin ortalarına qədər dünyanın top oyunçuları arasında olub.

Pol Keres
est. Paul Keres
Pol 1969-cu ildə
Pol 1969-cu ildə
Ölkə
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
Təhsili
Titulu Qrosmeyster
Son reytinqi
  • 2.565 (yanvar 1975)[2]
Maksimal reytinqi 2615 (İyul 1971)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
SSRİ əməkdar idman ustası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keres dünya çempionatında 5 dəfə az fərqlə çempionluq şansını qaçırıb. O 1938-ci ildə AVRO turnirində qalib gəldi hansi ki, bu ona Aleksandr Alyoxinlə yarışma imkanı yaratdı. Amma İkinci Dünya Müharibəsi görə oyun keçirilmədi. Müharibədən sonra Keres 4 dəfə ardıcıl Namizədlər Turnirində ikinci yeri tutdu.

Bu və digər nəticələr ərzində bəzi şahmat tarixçiləri hesab edirdilər ki, dünya çempionu olmayan ən güclü oyunçudur və tarixin ən böyük oyunçularından biridir. Ona "Pol İkinci", "Əbədi İkinci", "Şahmatın Şah Şahzadəsi (Şeyxi)"("The Crown Prince of Chess") ləqəbi verilmişdir. Keres Viktor KorçnoyAleksandr Belyavskiy ilə yanaşı doqquz dünya çempionuna tarixdə hamıdan çox sözsüz qalib gəlib.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Keres şahmatı ilk dəfə atasından və böyük qardaşı Haralddan (sonra görkəmli fizik öz tələbələrinə: "Mən Polun qardaşı deyiləm, Pol mənim qardaşımdır" zarafatla deyir) öyrənir. Yaşadığı kiçik şəhərdə şahmat ədəbiyyatının az olmasında görə Pol şahmat notasiyasi (şərti işarələr, fiqurların yazılışı) haqqında gündəlik qəzetdəki şahmat məsələri və yığılmış 1000 oyunlar əlyazma kolleksiyasından öyrənir. İlk günlərində, o brilliant və kəskin hücüm üslübü üçün tanınırdı.

Keres 3 dəfə Estoniyanın məktəbli çempionu olur (1930, 1932, 1933). Onun oyunları məktəbdə oxuyan zaman yazışmalı şahmatdan (correspondence chess) sonra püxtələşir. Təxminən 500 yazışmalı şahmat oynayır, birinci mərhələdə 150 yazışmalı oyun eyni zamanda olur. 1935-ci ildə Pol Beynəlxalq Fernschachbund (IFSB) beynəlxalq yazışmalı şahmat çempionluğunu qazanır. 1937-ci ildən 1941-ci ilə qədər Tartu Universitetində riyaziyyat təhsil almış və bir neçə universitet daxili yarışlarda iştirak edir.

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118721925 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. OlimpBase (ing.).
  3. 1 2 Paul Keres // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Paul Keres // Eesti spordi biograafiline leksikon (est.).