Poli-4-vinilpiridinin qismən kvaternizasiyası

Poli-4-vinilpiridinin qismən kvaternizasiyası Kvaternizasiya reaksiyası – başlanğıc amini alkilləşən agentlə çox zaman həlledici iştirakı olmadan qızdırmaqla qarışdırılması yolu ilə həyata keçirilir. Reaksiyanın müddəti və temperaturu hallogenalkanın təbiətindən asılıdır. Reaksiya qabiliyyəti xlordan flora doğru artır. Poli-4vinilpiridinin(P-4-VP) qismən kvaternizasiyası onun sonradan tikilərək metal ionlarına (mis, nikel, kobalt, manqan və s.) köklənməsi xüsusiyyətlərini yaxşılaşdırır. Bu məqsədlə P-4-VP-ni metanol məhlulunda benzilxloridlə kvaternizə edirlər. Benzilxloridin miqdarı polivinilpiridinin kütləsinin 10-60% təşkil edir. Qismən kvaternizə olunmuş poli-4vinilpiridini N,N1-metilendiakrilamidlə tikməklə üçölçülü quruluşlu komplekslər alınır. Bu komplekslər oksidləşmə və hidrogenləşmə reaksiyalarında geniş tətbiq olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Э.Б.Аманов, Н.А.Зейналов, Г.М.Фараджев. Кинетика и сорбционные свойства частично кватернизированных поли-4-винилпиридинов. Azərbaycan Kimya Jurnalı, №3, 2012