Poliakrilatlar- Ümumi formulu (-CH2-CR'(COOR)-)n (R' = Н — akrilatlar, R' = СН3 — metakrilatlar, R' = CN — sianakrilatlar) olan akril, metakril, sianakril, turşularının mürəkkəb efirləridir, termoplastik polimer materialdır, poli-H- alkilakrilat və polimetakrilat sinfinin praktiki əsas nümayəndəsidir.
Poli -H - alkilakrilatlar CR=C1-C12-aşağı temperaturda şüşələşən şəffaf kütlədə amorf polimerlərdir. Alkil zəncirinin uzunluğu 12-dən çox olduqda kristallaşır və öz şəffaflığını itirir. R=C1-C2 polimetakrilatları amorf şüşəvari, R=C2-C14- elastiki, R > C14 isə mumşəkilli polimerlərdir. R > C10 polimetakrilatları qablaşdırıldıqda kristallaşır. Radikal böyüdükcə polimetakrilatların ərimə temperaturu da artır. Poliakrilat və polimetakrilatlar öz monomerlərində, mürəkkəb efirlərdə, aromatik və xlorlu karbohidrogenlərdə (dixloretan və polimetakrilatların dixloretanda məhlulu üzvi şüşələrin yapışdırılmasında istifadə edilir) həll olur, aşağı molekul kütləli poliakrilatlar asetonda həll olur. Poliakrilar və polmetakrilatlar günəş şüalarına, atmosferin oksigeninə, durulaşdırılmış turşu və qələvilərin təsirinə davamlıdır. 80-1000C- də qələvinin təsiri isə poliakrilat və polimetakrilat poliakril və polimetakril turşularına hidroliz olunur.
Poliakrilat və polimetakrilatların, əsasən, radikal polimerləşmə yolu ilə alınır, böyük miqyasları emulsiya yaxud suspenziya polimerləşməsi ilə, bəziləri - həlledicidə polimerləşməklə, nisbətən kiçik miqyası isə blok polimerləşməsi ilə alınır. Poliakrilatların termodestruksiyası 1500C-dən yüksək temperaturda baş verir və polimerin tikilməsi və bir hissəsinin depolimerləşməsi (1%monomer) müşayiət olunur. Onlardan fərqli olaraq alifaktik polimetakrilatların termodestruksiyası 200-2500C-də baş verir. Anion polimerləşmə üsulu ilə steriorequlyar kristal polimetakrilatlar və poliakrilatlar alına bilər. Poliakpilatlardan - polimetilmetakrilat (üzvi şüşə , pleqsiqlas) yaxşı optiki xassələrinə görə konstruksiya materiallarının alınmasında, aviasiya quruculuğunda və sənayenin digər sahələrində şüşəni əvəz edən ilk sintetik polimerdir. Poliakrilatlar əsasında həmçinin polimer kompozisiyalar, xüsusilə, akril boyaları və lakları alınır.
Akril plastiklərinin bir çox növü məlumdur. Misal üçün poliakrilesterlərini, poliakrilnitrili, poliakril turşusunu, polimetakril turşusunu, polimetakrilnitrili və polimetakrilat esterlərini göstərmək olar. Bunlardan ən əhəmiyyətlisi olan olan polimetilmetakrilat, metilmetakrilatın polimerləşməsi ilə alına bilər. Metilmetakrilat qətranları almaq üçün blok-polimerləşmə üsulundan istifadə edilir. Polimetilmetakrilat qətranı şəffaf, gec əriyən, atmosfer təsirinə, zərbəyə və istiyədavamlı, yüksək dielektrik xassəli polimerdir, asan emal olunur.