Poliana Okimoto (8 mart 1983, San Paulo) — Braziliyanı təmsil edən üzgüçü. Poliana Okimoto, 2012 və 2016-cı illərdə Braziliyanı Olimpiya Oyunlarında təmsil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan Poliana Okimoto, Dünya Çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Poliana Okimoto | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Poliana Okimoto |
Ləqəbi | Poli[1] |
Vətəndaşlığı | |
Doğum tarixi | 8 mart 1983 (41 yaş) |
Doğum yeri | |
Boyu | 1,65 m |
Çəkisi | 52 kq |
İdman növü | üzgüçülük[2] |
O, həm də 2013-cü ildə Braziliyada "İlin qadın idmançı", FINA-nın versiyasında isə "İlin üzgüçü" seçilib.
Poliana Okimoto, 2012-ci ildə Braziliya bayrağı altında Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında mübarizə aparan Okimoto, finişi qət edə bilmədi.
Poliana Okimoto növbəti dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə elə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında mübarizə aparan Okimoto, 1 saat, 56 dəqiqə, 51.40 saniyə nəticə göstərdi və 25 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.