Poliklet

Yaralı Amazonka

Poliklet (b.e.ə.460–420) — Tunc dövrünün V və erkən IV əsrdə yaşamış Antik Klassik dövrün ən önəmli heykəltaraşlarından sayılır. Poliklet Arqos məktəbinin tələbəsi, Fidinin müasiri və bəzi yunan fikirlərinə görə isə hətta Fidiyə bərabər olduğu sayılır. Polikletin nəhəng qızıl və fil sümüyündən olan Argosun Heraini məbədi önündə duran Heranın abidəsi gözəlliyinə görə hətta Fidinin Zevsi ilə müqayisəyə qoyulur. Onun Doryforus (Nizə daşıyan), Diskoforos (Disk atan), Diademenos(Padşahlıq daşıyan) kimi əsərləridə var.
Poliklet, Fidiylə birlikdə Klassik yunan stilini yaratmışdır. Baxmayaraq ki onun heç bir əsərinin əsli qalmayıb, lakin ədəbi mənbələrin axtarışlarına əsasən onun əsərlərinin Roman nüsxələri əsərlərini yenidən bərpasına imkan yaradır. Onun Klassik yunan stilindəki əsas tapdığı element, bədənin tarazlıq vəziyyətində rahat duruşlu və sağ ayağının dizi qatlanmış vəziyyətdə olmasıdır. Polikletin Dikoforos əsərində bu öz əksini tapır. Bu tapıntı günümüzdə Kontrapsto kimi bilinir. Mikelancelonun "David", Leonardo da Vincinin "Leda və Qu" əsəri itdikdən sonra onun sürətini çəkən Sezar Sestonun bu əsərində də bu element öz əksini tapır. Poliklet "Kanon" adlı traktar yazır ki, burada O, öz estetik teorilərinə və riyazi hesablamalarına əsasən lüt kişinin bədən formasını hazırlayır. Onun bu əsəri hər bir hissənin o biri hissəylə mükəmməl bir şəkildə simmetrik olduğu üçün Kanon adlanır. Polikletin bütün işlərində ümumi məqsədi :Balans, dəqiqlik və tamamlıq idi. Məşhur Britaniya yazıçısı, muzey direktoru və İncəsənət tarixçisi Kennet Klarkın müşahidəsinə görə onun düzəltdiyi bütün atletlərin heykəllərində bir dənə ortaq nöqtə var idi:Duruş, hərəkət və rahatlıq arasındakı əlaqə idi.

Mükəmməllik milyon hissələrdən xırda xırda gəlir:Poliklet bu ifadəsiynən bir heykəli hər bir hissəsini dəqiq müəyyənləşdirmək və hər bir hissəsinin riyazi hesablamalara əsasən düzəltmək lazım olduğunu bildirmişdir. Poliklet və Fidi yunan heykəltaraşlarının ilk nəslindən olmuşdur. Roma yazıçı və tarixçiləri Plini və Pausanias qeyd edirlərki təqribən 20-yə yaxın heykəltaraş Poliklet məktəbindəndir. Skopas və Lysippus Poliklet məktəbinin ən yaxşı davamçıları olmuşdur.