Polimastiqinlər

Polimastiqinlər (lat. - Polymastigina) — dəstədir. İstisnasız olaraq parazit qamçılılardır.

Xarakterik əlamətləri

[redaktə | mənbəni redaktə et]

Dəstənin səciyyəvi əlamətləri- üç və daha artıq qamçının və dayaq bağının-aksostilin əmələ gəlməsidir. Onurğasız və onurğalı heyvanların parazitləri olan Trichomonas və Lamblia cinslərinin nümayəndələri daha çox maraq kəsb edir.[1]

Sahib — parazit münasibətləri

[redaktə | mənbəni redaktə et]

İribuynuzlu mal-qaranın dişilərində cinsiyyət yollarında parazitlik edən və qısırlıq, cinsiyyət orqanlarında yaralar törədən Tr.foetus Riedmuller baytarlıqda böyük əhəmiyyətə malikdir. Uşaqların və yaşlıların bağırsaqlarında başqa bir növ-Tr.hominis Davaing yaşayır ki, onun da patogenliyi sona qədər aydınlaşdırılmayıb. Tr. Vaginalis Donna qadınların və kişilərin sidik-cinsiyyət orqanlarında parazitlik edir. Müalicə edilmədiyi halda bu xəstəlik ciddi ağırlaşmalara səbəb ola bilər. Azərbaycanda insanın ağız boşluğunda Trichomonos elongata Streinbeng aşkar edilmişdir[2]. Trichomonos elongata iyşəkilli və ya armudvarı formaya malikdir. Bədənin ölçüləri 10 mkm-ə yaxındır. Bədənin daha geniş ön tərəfində bədən ölçüsünə bərabər, yaxud bir qədər uzun 4 sərbəst qamçısı var. Ön tərəfdə sitoplazmanın içində uzunsov nüvə vardır. Ağız boşluğuna daxil olan bakteriyalarla qidalanır, ancaq eritoristləri də uda bilir. Sağlam adamlara nisbətən parodontozlu xəstələrdə ağız trixomonadasına 7 dəfə artıq təsadüf olunur. Trixomonoda anaerob mikroblarla birlikdə damaqda iltihab prosesini saxlayır və cibciklərdən irin gəlməsinə səbəb olur. Bu vəziyyətdə xəstələri müalicə etmək üçün onlara trixomonadların böyüməsinin və inkişafının qarşısını alan trixopol (metronizadol) təyin edirlər (F. Musayev, 1969). Adamlarla uzunmüddətli ishala səbəb olan Lambia intestinalis Blanchard Azərbaycanın ölkə patologiyası üçün böyük əhəmiyyət kəsb edir. O, insanın öd kisəsinə daxil olaraq iltihab proseslərinə səbəb ola bilir.[3]

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  2. F. Musayev, 1969
  3. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.