Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Makedoniyalı İskəndərin özündən sonra qurduğu imperiyanı idarə edəcək həddi buluğa çatmış bir varisi yox idi. Yaranmış vəziyyət onun sərkərdələri (Diadoxlar) arsında hakimiyyət uğrunda mübarizəsinə səbəb oldu. Uzun mübahisələr və hərbi çəkişmələrdən sonra Perdikka sərkərdələr arasında ali hakim seçildi. Perdikka formal olaraq İskəndərin azyaşlı oğlunu hakimiyyəti idarə etməkdə əvəz edirdi. Lakin buna baxmayaraq Perdikkanın hökumət naibi seçilməsi heç də digər sərkərdələrin ürəyincə deyildi. Hadisələrin gedişi sonda sərkərdələr arasında e.ə. 301-ci ildə İps müharibəsinə gətirib çıxartdı.
Diadoxlar dövrü bütün ellinist epoxasının (e.ə. IV-I əsrlər) ən əhəmiyyətli diplomatik münasibətləri özündə əks etdirir. Yunan tarixi boyu ellinist dövründə bu cür simmaxi və epimaxi (müdafiə və hücum etmək haqqında ittifaqlar) bağlanmamışdı. Ellinist dövrünün bir neçə diplomatik abidələri vardır ki, bunlar da müqavilələr, diplomatik məktublar və digər sənədlərdən ibaraətdir. Bunlardan biri də aşağıda göstərilən Poliperxonun Yunan şəhərlərinə olan bəyanatıdır.
Peridikka və Antipatrın ölümündən sonra hakimiyyət başına Poliperxon gəldi. Ona qarşı başda Antipatrın oğlu Kassandır, təkgöz Antiqon, Ptolemey, Selevk və başqaları olmaqla çox güclü koalisiya yarandı. Koalisiyaya güc yolu ilə müqavimət göstərə bilməyəcəyini anlayan Poliperxon bu vəziyyətdə diplomatik manevrlər etməyə başladı. O, özünə müttəfiq axtarmaq məqsədilə Yunan şəhərlərinə azadlıq və demokratiya vədləri verərək manifest (bəyanat) imzaladı. Manifestdə Poliperxon özünü Filipp və İskəndər sülaləsinin qoruyucusu və varisi kimi göstərir, öz düşmənlərini isə qiyamçı və qəspkar elan etmişdi. Manifestin giriş hissəsində belə qeyd olunurdu: «Necə ki əcdadlarımız həmişə yunanlılarla xoş davranmışdır, biz də onların xoş davranışını davam etdirəcək və Yunan xalqına öz iltifatımızı göstərəcəyik. Ardınca – “yunan şəhərlərinin muxtariyyəti Filippin və İskəndərin dövründə olduğu kimi öz dövlət quruluşuna qaytarılacaqdır».
Bu bəyanatdan sonra sürgün edilmiş demokratlar öz vətənlərinə qayıtdı və onların əvvəlki imtiyazları, vətəndaş hüquqları bərpa olundu. Hərbi komandirlərin bütün əmrləri ləğv edildi. Əyər Filipp və İskəndərin qanunlarında hər hansı bir qüsurlar olardısa, dərhal düzəliş olunurdu. Afinanın hüquqları xüsusilə nəzərdə tutulurdu. Bütün Afina mülkiyyəti toxunulmaz elan edildi. Bundan başqa Samos və Orop Afinaya verildi. Bəyanatın sonda yunan xalqına müraciətlə bildirilir ki, heç bir vəclə hüquq mühafizəçilərinə qarşı çıxmasınlar və onlara qarşı qiyamçılara kömək etməsinlər. Tabe olmayan hər kəs qohumları və dostları ilə birlikdə sürgün ediləcək. Bu bəyanatla Polperxon demək olarki öz məqsədlərinə nail oldu: zaman keçdikcə düşmən koalisiysı getdigcə zəiflədi. Siyasi tədbirlərlə yanaşı o, demokratik ünsürlərdən istifadə edərək rəqiblərini dəstəkləməkdə olan, düşmənlərinə kömək edən idarəçi siniflərin gücünə (oliqarxlara) ağır bir zərbə endirmiş oldu. Bundan başqa Poliperxon Arqosa və Peloponessin başqa şəhərlərinə xüsusi müraciətlər göndərərək orada olan xainlərə köməklik edənləri oradan sürgün etmələrini istəyirdi. Sonra O, Makedoniyalı İsgəndərin anası Olimpiadanı və nəvəsi Aleksandrı (III) təhlkədə olduqlarını bildirərək onları öz himayəsinə alacağı təklifi ilə Epirdən Makedoniyanın paytaxtı Pellaya dəvət etdi.
Poliperxonun manifesti bütün yunan şəhərlərində geniş xalq qiyamlarına səbəb oldu və olqarxlar hücumlara məruz qaldılar. Müxtəlif ictimai təbəqələr arasındakı düşmənçilik hisslərindən faydalanmaq, qədim Yunan və Roma diplomatiyasının ən çox müraciət etdiyi üsullardan biridir və Ellenizm dövrünün hökmdarları, bu baxımdan, “müəllimləri” çar II Filipp və İskəndərin nümunəsini izləməkdən başqa bir şey etməmişlər. Poliperxona gəlincə, bütün səylərinə baxmayaraq, son zəfər yenə də qarşı tərəfin olmuşdur.
İskəndərin qurmuş olduğu imperiya üç böyük krallığa Misirdə Ptolemeylərin çarlığı; Asiyada Selevklər çarlığı və Avropada Antiqonidlər çarlığına bölündü. İsgəndərin on il ərzində yaratmış olduğu böyük dövlətin sərhədləri Dunay çayı və Qara dənizdən tutmuş Hind çayına qədər olan geniş bir ərazini əhatə edirdi. Bu dövlət lassik Yunanıstan və Qədim Şərq tarixinə yekun vurdu. İsgəndər monarxiyasının qısa müddət ərzində bir sıra dövlətıərə parçalanmasına baxmayaraq onun işğalları nəticəsində Qərb və Şərqdə quldarlıq cəmiyyətinin gələcak inkişafına uyğun gələn yeni siyasi quruluş yarandı. Bu isə yunan və şərq mədəniyyətləri ünsürlərinin qarşılıqlı təsirindən ibarət olub, mədəniyyət sahəsində Elliniz adlanan tarixi dövrün təzahürü üçün konkret şərait yaratdı.