Polisiloksan yağları

Polisiloksanlar — növbə ilə düzülmüş silisiumoksigen atomlarından yaranan zəncirə və silioksan qrupuna malikdir.

Polisiloksanların alınması

[redaktə | mənbəni redaktə et]

Polisiloksanların alınması — polisiloksanların xassələrinin öyrənilməsi və texnikada tətbiqi sahəsində xarici və keçmiş sovet alimlərinin xidməti olub. Silisium atomlarına yan zəncir şəklində müxtəlif quruluşlu karbohidrogenlərüzvi radikallar birləşir. Molekul zəncirinin uzunluğundan və yan zəncirin quruluşundan asılı olaraq polisiloksanlar müxtəlif fiziki və kimyəvi xassələrə malikdir. Dimetildixlorsilanın sintezi üçün dördxlorlu silisiumun, kristallik silisiumun, ya da ferrosilisiumun yüksək temperaturda xlorlaşdırılmasından, metil maqnezium-xlorid isə (CH3MgCI) xlormetanın CH3CI katalizatorunun iştirakı ilə maqneziumun təsiri ilə yaranır. 1945-ci ildə alkilxlorsilanların alınması üçün daha sadə üsul işlənib hazırlanmışdır. Bu üsul mis katalizatorunun iştirakı ilə xlorlaşmış karbohidrogen buxarlarının sərbəst silisium reaksiyasına əsaslanır:

Aralıq məhsul kimi digər alkilxlorsilanlar da alınır. Bu reaksiyanın açılması alkilxlorsilanların texnikada geniş tətbiqinə güclü təkan verdi. Fiziki — kimyəvi xassələri – polisiloksanlar rəngsiz, şəffaf, yağa bənzər müxtəlif özlülüklü mayelərdir; karbohidrogenlərdə və onların hallogenli birləşmələrində yaxşı həll olur, suda, spirtlərdə və digər polyar həlledicilərdə isə həll olmur. Polisiloksanların xassələri əsas etibarilə atomların siloksan qruplaşması xassələrindən alınır. Silisiumla oksigenin əlaqəsi termiki sabitliyi üzvi polimerləri termiki sabitliyindən çoxdur. Bu, rabitə enerjisi ilə əlaqədardır. Belə ki, Si-O rabitəsinin enerjisi 89kkal/mol, S-S rabitəsininki 58,6 kkal/mol-dur. Si-S rabitəsinin enerjisi 57 kkal/mol olmaqla S-S rabitəsinin enerjisinə yaxınlaşır. Polisiloksanları havanın oksigeni ilə 2500C qızdırıldıqda belə öz termiki sabitliyini itirmir. Polisiloksanlar kimyəvi cəhətdən təsirsizdir, bu da rabitəsinin möhkəmliyi ilə izah olunur. Bir sıra yeyici maddələr, qüvvətli reagenlər (H2CO4 HNO3 və s.) onlara təsir etmir. Polisiloksanlar çox aşağı donma temperaturuna və az mailli temperatur – özlülük əyrisinə malikdir. Bu onların müsbət xüsusiyyətləridir. Ən yüksək özlülüklü polisiloksanların donma temperaturu mənfi 650C-dən aşağı, aşağı molekullu nisbətətən kiçik özlülüyə malik polimerlərinki isə mənfi 90–1000C-dir. Polisiloksanların aşağı donma temperaturuna malik olması və özlülüklərinin temperaturdan az asılılığı onların öz polyarlığı və molekularası təsir qüvvələrinin zəifliyi ilə izah edilir.

Polisiloksanların alçaq temperaturlarda işləyən cihazların diyircəkli yastıqlarının, radiolokasiya qurğularını, vaxt relesi mühərriklərini, nişan alma mexanizmlərini və diffuziya nasoslarını yağlamaq üçün işlədilir. Polisiloksanlar istiyə və şaxtaya davamlı konsistent yağlar istehsalında geniş tətbiq olunur. Polisiloksanlar əsasınada hazırlanmış konsistent yağlar yüksək və çox aşağı temperaturlarda işləyən oxların diyircəkli yastıqlarının yağlanması, oksidləşmə şəraitində, təyyarələrin, tankların və digər maşınların yağlanması üçün tətbiq olunur. Silisium üzvi birləşmələr əsasında şaxtaya davamlı kauçuklar, istiliyə davamlı laklar, plastik kütlələr, elektrik izolyasiyasiyası materaialları və digər qimətli məhsullar alınır.

Polisiloksanların aşağı donma temperaturuna malik olması və özlülüklərinin temperaturdan az asılılığı onların az polyarlığı və molekullararası təsir qüvvələrinin zəifliyi ilə izah edilir.

  • Əliyeva N. T., Cavadova H. Ə., Qurbanov Ə. Ş., Hüseynova E. Ə., Əcəmov K. Y., Yağlar, sürtkülər və texniki mayelər. Bakı-2018.