Politico — mərkəzi Virciniya ştatının Arlinqton şəhərində yerləşən ABŞ siyasi jurnalistika mediası şirkəti.[2] Şirkətin məzmunu Amerika Birləşmiş Ştatlarında və beynəlxalq miqyasda siyasət və idarəetmə mövzularını əhatə edir. Şirkətin yaratdığı məzmun televiziya, internet, "The Politico" və radio vasitəsilə yayımlanır. Mövzulara ABŞ Konqresi, lobbiçilik, KİV-lər və prezident administrasiyası də daxil olmaqla Vaşinqtonu əhatə edir.[3]
Politico | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl |
Sənaye | kütləvi informasiya vasitələri |
Məhsulları |
Politico (qəzet) Politico Magazine (yarımaylıq jurnal) Politico.com (veb-sayt) Politico Europe (qəzet) Politico.eu (veb-sayt) Protocol.com (veb-sayt) POLITICOPro.com (abunə xidməti) |
Təsis tarixi | 23 yanvar 2007 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Capitol News Company |
politico.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Con F. Harris və Cim Vandehey "The Washington Post" qəzetindən ayrılaraq müvafiq olaraq "The Politico" qəzetinin baş redaktoru və icraçı redaktoru vəzifələrini daşımağa başladılar. Şirkət 23 yanvar 2007-ci il tarixində fəaliyyətə başlamıdır.[4][5] [6][7] Frederik C Rayan (kiçik) şirkətin birinci prezidenti və icraçı direktoru idi.[8] Robert L. Albrayton şirkətin qurucusu və yayımçısıdır. 2013-cü ilin oktyabrında "The Politico"nun uzun müddətdir redaktoru olan Cim Vandehey şirkəti icraçı direktoru və prezidenti olmuşdur.
2015-ci ildə "Politico" Belkiçanın Brüssel şəhərində "Politico Europe" adlı bir Avropa bürosu açmışdır.[9]