Polivinilpiridinlər

=== Alınması ===

Polivinilpiridinlər arasında ən çox praktiki əhəmiyyətə malik olanları 2-vinilpiridin,4-vinilpiridin və 2,5-metilvinilpiridinlərdir. Poli-4-vinilpiridini ampulada 10-4 tor vakuumda monomerin 30%-li toluol məhluluna kütləsinin 1%-i qədər izopropilbenzol hidroperoksidini əlavə etməklə polimerləşməsi yolu ilə alırlar.Ampulanı 600C-də 8 saaat ərzində qızdırırlar.Alınmış polimerlər toluol məhlulundan ağ və sarımtıl lopalar şəklində çökdürülür.Ayrılmış polimeri metanolda həll edib artıq miqdarda götürülmüş dietil efiri ilə çökdürürlər. Sabit çəki alınana qədər 400C-də vakuum altında qurudurlar. Alınmış poli-4-vinilpiridin nümunələrini qismən kvaternizasiya edirlər. Qatılığı 1q/100ml olan poli-4-vinilpiridinin metanoldakı məhlulunu 600C-yə qədər qızdırırlar və ora həll olmuş poli-4-vinilpiridinin 10-60% miqdarında benzilxlorid əlavə edirlər. 6 saat qarışdırmaqla müxtəlif dərəcədə kvaternizə olunmuş poli-4-vinilpiridin nümunələri alınır. Kvaternizə olunmuş polimeri 0,1n NH4OH ilə çökdürürlər.Benzilxloridin artığını dietil efiri ilə yuyurlar və 400C-də sabit çəki alınana qədər vakuumda qurudurlar. Kvaternizasiya reaksiyasına daxil olan piridin funksional qruplarının miqdarını İQ-spektroskopiya metodu ilə təyin edirlər. Fiziki-kimyəvi xassələri. Poli-4-vinilpiridin ağ, bərk amorf maddədir. Mexaniki xassələrinə görə polistirola daha yaxındır. Poli-4-vinilpiridin spirtlərdə, asetonda, xloroformda, toluolda və başqa üzvi həlledicilərdə, turş sulu məhlullarda həll olur, heptan və etilasetatda isə həll olmur. Poli-4-vinilpiridinin mineral turşularla duzları suda həll olur, üzvi həlledicilərdə isə həll olmur.

Kvaternizə olunmuş poli-4-vinilpiridinin misə, nikelə və kobalta konformasiyon köklənməsi böyük maraq yaradır. Bu məqsədlə həmin metalların xlorid duzu məhlullarından istifadə olunur. Müəyyən edilmişdir ki, kvaternizə olunmuş poli-4-vinilpiridinin mis, kobalt və nikel ionlarına konformasiyon köklənməsi sorbentin bu metallara görə sorbsiya tutumunu köklənməmiş və sənaye analoqları ilə müqayisədə bir neçə dəfə artırır. Köklənmənin ümumi metodikası duru məhlullarda xətti kompleksəmələgətirən polimerlərin sorbsiya olunan metal ionları ilə qarşılıqlı təsirinə, sonradan polimer kompleksin metal ionları ilə tikilərək metal ionlarının həmin sistemdən xaric olunmasına əsaslanır. Bu qayda ilə tikilmiş makromolekullar köklənmiş konformasiyanı “yadda saxlayır” və bu sorbentin sorbsiya tutumunun, sorbsiya sürətinin və selektivliyinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarır. Sintez olunmuş poli-4-vinilpiridin kompleksləri bir sıra karbohidrogenlərin oksidləşməsi və benzolun hidrogenləşdirilməsi reaksiyalarında katalizator kimi tətbiq olunur.

  • А.с.502907 (СССР) Способ получения сорбента /В.А.Кабанов, А.АЭфендиев, Д.Д.Оруджев.-Опубл. в.Б.И. 1976, №6
  • Эфендиев А.А.,Оруджев Д.Д.,Кабанов В.А. Получение комплексо-образующего полимерного сорбента с «настроенным» на сорбируемый ион расположением макромолекул.-Высокомолекул.соед. 1977,т.19Б, №2 с.91-92.
  • Poli-4-vinilpiridin əsasında platinə köklənmiş katalizatorların alınması və onların benzolun hidrogenləşdirilməsi reaksiaysında tədqiqi.Akademik M.F.Nağıyevin 95 illik yubileyinə həsr olunmuş elmi konfransın məruzələrinin tezisləri.-Bakı-2003.-S.62