Bu məqalə qaralama halındadır. |
Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir.
Polonez | |
---|---|
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2016 – davam edir |
İstismar edənlər |
Belarus Azərbaycan |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 2014 |
İstehsal illəri | 2014 – davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 24000 kq |
Şose sürəti | 70 km/saat |
Uzunluğu | 12.7 metr |
Eni | 3 metr |
Ekipaj | 4 nəfər |
Diametr | 300 mm |
Vikianbarda əlaqəli mediafayllar |
Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.[1]
“Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.
Polonez”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 “Astroloq” adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, “Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.
"Polonez" raket sistemləri, Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin А-200 RYAS'ının dörd oxlu 8х8 formullu МZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. OTRK bazası qismində də eyni Belarusun МZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir.
"Polonez" sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. RYAS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirə bilər. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır.
Sistemin 300 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100–300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”-dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu isə RYAS üçün ideal göstəricidir. Bu o deməkdir ki, bir "Polonez" düşmənin taktiki dərinliyində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. “Polonez”-də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu RYAS yeni OTRK keyfiyyətinə keçməsi ilə nəticələnib. Bunun səbəbi isə M20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsini 280– 300 km-ə qədər artmasına da yardımçı olmuşdur. 480 kq başlığın zərbə hissəsi 560 kq trinitrotoluolun ekvivalentinə bərabərdir.