Zirehli molyusklar (lat. Polyplacophora) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
Zirehli molyusklar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Zirehli molyusklar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İkitərəfli simmetrik yumşaq bədən yarımdairəvi başdan, daxili kisədən və enli ayaqaltıyabənzər ayaqdan ibarətdir. Tənəffüs ibtidai molluskalara xas olan çoxsaylı qoşa qələsəmələr vasitəsilə həyata keçirilir. Yumşaq bədən üst hissədə zirehlə mühafizə olunub. Xitonlar zirehi kirəmit kimi bir-birinin üzərinə yatan mütəhərrik bir-birinə bağlanmış hamar və ornamentli səkkiz lövhədən ibarətdir. Xitonlar evriqalin formalar olub, əsasən, dayazlıqda məskunlaşırlar, lakin bəzən 4000 m-dək dərinlikdə rast gəlinir. Xitonlar yosunlarla və ya foraminiferlərlə, nadir hallarda süngərlərlə qidalanır. Xitonlar qazıntı halında gec kembridən məlumdur, müasir nümayəndələri Qara dənizdə, Şimal və Uzaqşərq dənizlərində yaşayır.