Polyuşko-Pole (rus. Полюшко-поле) – geniş populyarlığına görə xalq mahnısı sayılan sovet mahnısıdır. Əslində isə mahnının müəllifləri var. Musiqini 1933-cü ildə bəstəkar Lev Knipper yazıb, sözlərin müəllifi isə şair Viktor Qusevdir.
"Polyuşko-polye" | |
---|---|
Yayımlanıb | 1933 |
Dil | rus dili |
Moskva Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Tatyana Qaydamoviçin xatirələrinə görə, Lev Knipper mahnının motivini dostları ilə dincələn zaman, ondan nəsə ifa etməyi xahiş etdikdə təsadüfən bəstələdiyini bu cür deyib: — "Məni kökdən düşmüş bir pianonun arxası oturdub qulaqları məmnun edən bir şey istədilər və bu mahnının doğulduğu yer bura idi."[1] Bəstələndikdən sonra bəstəkar, həmin melodiyaya şeir yazılması üçün şair Viktor Qusevə üz tutur.[1]