Pomeranes

Vətəni Cənubi-Şərqi Asiyadır. Aralıq dənizi ölkələrində, Qafqazda, Paraqvayda və Vest-Hindistanın bəzi adalarında becərilir. Yabanı halda məlum deyil.

Pomeranes
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2–10 m olan kiçik, həmişəyaşıl ağacdır. Budaqları uzun, nazik iti tikanlıdır. Yarpaqları növbəli, saplaqlı, dərili, parlaq, üstü yaşıl, alt tərəfi açıq yaşıl, efir yağlıdır. Saplaqları enli qanadlı, çox uzun, bünövrəsində kəskin daralandır. Aprel-mayda çiçəkləyir. Çiçəkləri iri, diametri 2-3 sm, çox ətirli, tək və ya azçiçəklidir, 2-7 çiçək qoltuq dəstələrə yığılmışdır. Kasacığı 4-5 dişli, üstü tükcüklüdür. Çiçək tacı 4-8 ləçəklidir. Ləçəkləri ağ, ensiz-uzunsov, bir az ətli, efir yağlıdır. Erkəkcikləri çoxsaylı, sütuncuq və başcıq dişicik ağzı ilə birləşmişdir. Meyvəsi giləmeyvəşəkilli, şarşəkilli, bəzən biraz hamar, diametri 6-7 sm, qabığı qalın, üstü qeyri- bərabər çıxıntılı, parlaq narıncı, lətdən biraz ayrılan, çoxsayılı efir yağlıdır, ləti 10-12 hissədən ibarət, turş və ya biraz acıtəhərdir. Toxumları hamar, çıxıntılı, açıq sarıdır. Yumurtalığı tünd yaşıldır. Meyvələri noyabr-yanvarda yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

+5-dən +450C-dək temperatura dözdüyü üçün iyunun əvvəlindən bitkini açıq havaya çıxarmağa imkan verir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz və Talışda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Pomeransın meyvələrindən təbabətdə, parfümeriyada, çiçək və yarpaqlarından alınan efir yağından marmelad, sərinləşdirici içkilərin hazırlanmasında, çiçəklərinin həlimindən isə konditer və qida sənayesinin digər sahələrində istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.