Pomerium və ya pomoerium Roma şəhəri və Roma tərəfindən idarə olunan şəhərlər ətrafındakı dini sərhədlər idi.
Pōmērium termini latınca post moerium ifadəsinin klassik abbreviaturasıdır, hərfi mənası isə "divarın arxasında/o tərəfində" deməkdir. Roma tarixçisi Livi “Ab urbe condita” adlı əsərində yazır ki, sözün etimologiyası divarın bir tərəfinə aid edilsə də, pomerium əslində divarların hər iki tərəfindəki sahədir. O əsərində qeyd edir ki, bu ərazini falçılıq yolu ilə təqdis etmək qədim bir etrusk adəti olmuşdur və qismən divarın yaxınlığında binaların ucaldılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş pomerium ərazisində yaşamaq və ya təsərrüfatla məşğul olmaq texniki cəhətdən qeyri-qanunidir (hər nə qədər özü tərəfindən edilmiş olsa da, onun dövründə evlər əslində divara qarşı düz xətt üzərində tikilirdi). Digər müəlliflər isə bunun "divara qarşı" mənasını verən prō moerium sözündən gəldiyi fikrini irəli sürmüşdürlər.