Pomosa məbədi (kor. 범어사) — Cənubi Koreyanın Busan şəhərinin yaxınlığında yerləşən qədim buddist məbədi.
Pomosa məbədi Nirvana balığı məbədi | |
---|---|
범어사 梵魚寺 | |
35°17′02″ şm. e. 129°04′08″ ş. u. | |
Ölkə | Cənubi Koreya |
Şəhər | Busan |
Yerləşir | Çenqyonq-donq, Qimjonqyu |
Tikilmə tarixi | 678 |
Rəsmi sayt | temple.pomosa.com |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pomosa məbədi Busan şəhərinin tanınmış yerlərindən olan Qeumjeonq dağının kənarında qurulmuşdur. 1.300 il əvvəl Şilla Krallığının dövründə (krallıq 678-ci ildə Qyeonqsanqdo əyalətinin böyük hissəini əlində saxlayırdı) Kral Munmunun (661 – 681) hökmdarlığının 18-ci ilində — 678-ci ildə keşiş Ui Sanq tərəfindən əsası qoyulmuşdur.
İlk Pomosa məbədi binası İmjinvaran işğalı (Yaponiyanın Koreyanı işğal etməsi 1592-1598) zamanı dağıdılsa da 1713-cü ildə bugünkü günə qədər çatan formasında yenidən bərpa edilmişdir. Daeunqjeon binası Coson krallığının (1392 – 1910) ən incə memarlıq abidələrindən biridir. Üç mərtəbəli və dörd sütunlu paqoda olan İljumun isə IX əsrdə tikilmişdir. Bundan başqa yeddi kral tikilisi, üç darvaza, sayvanlar və on bir "tənhalıq yeri" vardır. Təbii abidə kimi elan olunan salxım ağacları və vadilər may ayında gözəl mənzərə yaratmaqdadır.
Ziyarət saatları yerli vaxtla 08:30–17:30 arasındadır.