Pompeyin son gecəsi (rus. Последний день Помпеи) - rus rəssamı Karl Brüllov tərəfindən 1830–1833-cü illərdə çəkilmiş rəsm əsəri.
Pompeyin son gecəsi | ||
---|---|---|
rus. Последний день Помпеи | ||
| ||
Rəssam | Karl Brüllov | |
Tarixi | 1830–1833 | |
Üslubu | tarix rəssamlığı | |
Texnikası | Kətan, yağlı boya | |
Ölçüləri | 466 sm × 651 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Dövlət Rus Muzeyi, Sankt-Peterburq | |
Saytı | wga.hu/html/b/bryullov/k… | |
İnventar nömrəsi | Ж-5084 | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Brüllov 1827-ci ildə Pompeydə olmuş, bizim eranın 79-cu ilində Vezuvi vulkanının məşhur püskürməsinə və Neapolun yaxınlığındakı Pompey şəhərinin dağılmasına dair gələcək rəsm əsəri haqqında çoxsaylı eskizlər çəkmişdir. Onun əsəri Romada sərgidə nümayiş etdirilmiş, tənqidçilərin coşqun rəylərini qazanmış və Parisin Luvr sarayına göndərilmişdir. Bu əsər rəssamın ölkənin hüdudlarından kənarda belə maraqla qarşılanmış ilk əsəri olmuşdur. 1834-cü ildə əsər təntənəli surətdə Sankt-Peterburqa gətirilmişdir.