Pont üsyanı Türkiyə İstiqlaliyyət müharibəsi sırasında Şimali Anadoluda müstəqil Pontus Yunan Dövləti qurmaq məqsədilə başladılan qiyamdır (1920-1923). 1904-cü ildə qurulan Pontus Yunan Cəmiyyəti ilə Müqəddəs Anadolu Yunan Cəmiyyəti, Birinci Dünya Mühaibəsinin sonunda Batumidən İneboluya qədər uzanan Kastamonu, Çanqırı, Yozğad, Sivas, Tokat, Amasya, Çorum, Gümüşxanə, Ərzincanın bir qisim torpaqları üzərində Yunan dövləti qurmaq üçün fəaliyyətə başladılar. Pontusçular Birinci Dünya Mühaibəsi dövründə Şərqi Anadoluya girən və daha sonra geri çəkilən Rus ordularının buraxdığı silahlarla təchizatlanıb ingilislərdən və yunanlardan silah yardımı gördülər. Yunanıstandan gələn könüllülərində qatılmasından sonra Pontus dəstələrinin sayı 25.000-ə çatdı. Topal Osman və silah yoldaşlarının üsyançılarla toqquşmalarında 2500 tüfəng və 1.200.000 mərmi ələ keçirildi. Dəstənin 11.188 üzvü öldürüldü. 1923-cü ildə bölgədəki yunanlar Anadoludan çıxarılaraq, Pontus Dövləti qurmaq hazırlıqlarına davam etmələrinin qarşısı alındı. Beləliklə 1920-ci ilin dekabr ayında başlanan qiyamlar ,qəti qələbənin qazanılmasndan sonra 1923-cü ildə yatırıldı.
Pont üsyanı |
Tarix |
Dekabr 1920 - 6 Fevral 1923 |
Yeri |
Qara dəniz regionu |
Nəticəsi |
Savaşın sonunda qiyam tamamən yatırıldı. |
|
|
10.000 (1921-də)[1] 20.000 (1922-1923)[1]
|
25.000[2]
|
|
+700 sivil ölü (1920-ə qədər)[1] 1921 sonuna qədər 1641 yaralı [3] 3723 ev yandırıldı[3] 2 milyon lirə dəyərində heyvan oğurlandı[3] 2 milyon dəyərində qızıl lirə oğurlandı[3] Böyük ölçüdə mal oğurlandı[3]
|
11.188 ölü [1] 10.886 əsir[1]
|
|
|
- ↑ 1 2 3 4 5 [1] Arxivləşdirilib 2012-10-13 at the Wayback Machine kurtulussavasi.org, Savaşlar ve Antlaşmalar: TBMM'ye karşı ayaklanmalar
- ↑ [2] Arxivləşdirilib 2011-08-11 at the Wayback Machine kurtulussavasi.org, Savaşlar ve Antlaşmalar: Batı Cephesi Savaşları
- ↑ 1 2 3 4 5 [3] Arxivləşdirilib 2014-02-20 at the Wayback Machine Dr. Yunus Kobal: Milli Mücadelede İç Ayaklanmalar, Hacettepe Üniversitesi