Ponte Morandi (it. ponte Morandi) - İtaliyanın Genuya şəhəri sərhədləri daxilində, Polçevera çayı üzərində A10 avtomagistralının tərkibinə daxil olan körpü. Mühəndis Rikkardo Morandinin şərəfinə adlandırılıb. 1960-cı illərdə inşa edilən körpünün hündürlüyü 90 metr olub.
Ponte Morandi | |
---|---|
Ponte Morandi | |
44°25′33″ şm. e. 8°53′20″ ş. u. | |
Yeri | Genuya[1] |
Material | armaturlanmış beton, Ön dartılı beton |
Uzunluğu |
|
Hündürlüyü | 90 m |
Tikintinin başlanma tarixi | 1963; 8 fevral 2019 |
Tikintinin bitmə tarixi | 1967; 28 iyun 2019 |
Açılışı | 4 sentyabr 1967 |
Vikianbarda əlaqəli mediafayllar |
Körpünün tikintisi 1963-cü ildə başlanmışdı və 4 il sonra bitirilmişdi. Körpünün açılışı 4 sentyabr 1967-ci ildə oldu. Mərasimdə İtaliya prezidenti Cuzeppe Saraqat iştirak edirdi. 14 avqust 2018-ci ildə körpünün Polçevera çayını keçən keçidlərindən biri üzərindəki onlarla avtomobillə birlikdə uçdu. İlkin məlumatlara görə, dağıntıya görə 39 insan həlak oldu.