Populus hyrcana

Gürcüstanda təbii arealı vardır.

Hirkan qоvаğı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hirkan qоvаğı
Beynəlxalq elmi adı
  • Populus hyrcana

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəran rayonu ərazisində təbii halda yayılmışdır. Azərbaycanın nadir bitkisidir. EN B2ab(i,iii). Talış dağlarının orta dağ və düzən meşələrində, çay sahili boyunca və rütubətli dərələrində bitir. Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Təbiətdə 15-25 m hündürlükdə ağacdır. Bitkinin gövdəsinin rəngi ağımtıl boz rəngdədir. Qabığının üzərində çatlar vardır. Cavan zoğları az keçətüklü olub, sonradan isə çılpaqlaşır. Tumurcuqları kiçikdir. Yarpaqları uzunsov yumurtaşəkillidir, aşağı tərəfi enli, yuхarı hissəsi daralmışdır. Ucu sivri, kənarları tam, bəzən dişli olur, alt üzü ağ tüklüdür. Yarpaqlarının uzunluğu 5-12 sm, eni isə 3-8 sm-ə qədər ola bilir. Dişicik sırğaları uzun olub, 10-15 sm-ə qədər ola bilir. Mart aprel aylarında çiçəkləyir, may ayının əvvəllərində meyvə verir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişməsi səbəbləri[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə botanika bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbiri görülməmişdir.

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi zəruridir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.