Pornoqrafiya (yun. πόρνη — fahişə, zina; γράφω — yazıram, çəkirəm; πόρνη < πέρνημι — satıram) — cinsi arzuları oyatmaq məqsədi olan erotik video, şəkil və ya yazılar.[1]
Pornoqrafiya erotikadan fərqlənir: Pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil.[2] Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər.[3]
Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür.[4] Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir.[4] Suzan Zontaqın sözlərinə görə, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur.[4][5]
Müxtəlif sivilizasiyaların insanları, açıq seks təsvir edən əsərlər yaradıblar; bunlar arasında artefaktlar, musiqi, poeziya və freskalar daxildir, bu əsərlər tez-tez dini və qeyri-təbii mövzularla qarışıb.[6] Ən qədim artefaktlar, o cümlədən Höhle-Fels Venerası, hansı ki, pornografik hesab edilir, 2008-ci ildə Almaniyanın Stuttgart yaxınlığında bir mağarada aşkar edilmişdir, radiokarbon analizi onların ən azı 35 000 il yaşı olduğunu və Orinyak dövrünə aid olduğunu göstərir.[7]
Qədim Mezopotamiyada tapılan böyük sayda artefaktlar açıq heteroseksual seks təsvirləri ehtiva edirdi.[8] Şumerin ərken dövr dinastiyası dövrünün glikptik incəsənəti tez-tez missiyoner mövqedə cinsi əlaqə səhnələrini təsvir edir.[9][10] Miladdan əvvəl ikinci minilliyin başlanğıcında Mezopotamiya vəd tabloqlarında əsasən bir kişi, arxadan eyni zamanda pivəni samanla içən qadına daxil olarkən təsvir edilmişdir.
Yaponiyada erkən müasir dövrdə vizual erotikanın yüksək inkişaf etmiş mədəniyyəti güllənib.[11][12] Ən azından 17-ci əsrdən başlayaraq, erotik sənət əsərləri əsas sosial mədəniyyətin bir hissəsi olmuşdur.[13] Cinsi əlaqə təsvirləri tez-tez tibb işçilərinin, kurtizankaların və evli cütlüklərin cinsi tərbiyəsi üçün nəzərdə tutulan rəsmlərdə göstərilirdi. Makura-e (yastıq şəkilləri) əyləncə üçün, həmçinin evli cütlüklər üçün rəhbərlik etmək məqsədilə hazırlanmışdır.[14]
2012-ci ildə Qroningen Universitetinin araşdırmalarına görə pornoqrafiyaya baxış zamanı beyində vizual qıcıqlandırıcılara məsul olan bölgələr işdən çıxır.[15] Beynin hər hansı bölgəsinə qan axınının güclənməsi həmin bölgənin aktivləşməsinə dəlalət edir.[15] Bundan əlavə, araşdırmalar göstərib ki, pornoqrafik filmlərə tamaşa edərkən qadınların beyinlərinin bir çox bölgələri ümumiyyətlə, "sönmüş" durumda olub.[15] Bu isə belə filmlərə, şəkillərə və ya videolara baxan insanların sürətli əqli tənəzzülə uğramasına səbəb olur.[15]
Pornoqrafiya dünyada ABŞ, Kanada, Fransa, Almaniya, İspaniya, İtaliya, Yunanıstan, İsrail, Türkiyə, Polşa, İsveç, Norveç, Finlandiya və d. ölkələrdə leqal olduğu halda, Çin, Monqolustan, İran, Mərakeş, Misir kimi ölkələrdə isə ümumiyyətlə qadağandır.
Dini təşkilatların pornoqrafiyaya qarşı siyasi fəaliyyəti cəmiyyətin pornoqrafiyaya baxışında vacib rol oynamışdır. İslam dini, ümumiyyətlə, insana ziyanlı olan hər şeyi qadağan edir. Pornoqrafiya da başda cinsi həvəsi azaltmaqla, insan orqanizminə bir çox ziyan vurur. Bu baxımdan da İslam dini bunu haram buyurub və qadağan edir.[16]