Porsche 911

Porşe 911 — Almaniya avtomobil istehsalçısı Porşe tərəfindən 40 ildən artıqdır ki, istehsal edilən idman avtomobilləri seriyasına aid avtomobil markası. Bu məşhur, fərqli və dayanıqlı modellər ilk çıxarıldığı 1964-cü ildən sonra davamlı bir inkişaf içində olmuşdur. İlk modeldən etibarən bütün vasitələr arxadan motorlu, arxadan çəkişli (1989-cu ildən sonra 4 çəkişli modellər edilmişdir), hava soyutmalı, boksyor motorludur.

Porşe 911
Ümumi məlumatlar
İstehsalçı Porşe
İstehsal ili 1964–1989
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk modelindən etibarən 911-lər davamlı yarış dəstələri tərəfindən rallilər və digər yarış təşkilatlarında istifadə edilmiş, cəmi yarış qalibiyyəti sayı ələ alınınca da çox vaxt bütün zamanların ən müvəffəqiyyətli yarış vasitəsi olaraq xarakterizə edilmişlər. Porşe 911, Ford Model T, Mini, Sitroen DS və Volksvagen Beetleydən sonra ən çox mükafat qazanan avtomobil modelidir.

Ardıcıl hərfləri (A, B, C, vs.); Porşe tərəfindən model ilini və kassa tipini ifadə etmək üçün istifadə edilmişdir. Yeni model ilini ifadə etmək üçün bəzən ardıcıl hərfi dəyişdirilmişdir. Məsələn ilk 911 modelləri A ardıcıllığı, ilk 993 modelləri isə R ardıcıllığı olaraq adlandırılmışdır.

Bu maddədə modellər, Porşenin fabrik içi adlandırmalarına görə adlandırılmışdır (911, 964, 993, 996, 997); ancaq bütün modellər 911 adı altında satılmışdır. "Carrera", "GT3", "Turbo" kimi ibarələr modelin alt xüsusiyyətləri ilə əlaqəlidir, ancaq bütün vasitələr 911 seriyasıdır.

1966-cı ildə Porşe, daha güclü olan 911S-i tanıtdı və 1967-də satışa təqdim etdi. Avtomobilin motorunnan kifayət qədər razı olmayan Porşe, Soleks karbüratorları iki ədəd üç boğazlı Veber 40 IDA ilə dəyişdirdi. Bu dəyişmənin səbəbi Solekslərin 2500 ilə 3000 dövr arasında reaksiyasız qalmasıydı. Bu mövzuya çox əhəmiyyət verilməsi səbəbiylə Veber karbüratorlar və yeni motor diqqətlə nəzərdən keçirildi. Sıxışdırma nisbəti 9.1:1dən 9.8:1ə çıxardıldı. 1991 cc həcmi dəyişdirilməyən Tip 901/02 motordakı bu deyişimlərin nəticəsində güc 6600 d/dada 160 BHPə yüksəldi. Bu dövrdə ortadan motorlu yarış modelləri olan Porşe 904 və Porşe 906, 210 HP (154 kW) güc çıxarmaqda idi. Digər dəyişikliklər nizamlana bilər Konus amortizatorlar, dörd təkərdə hava soyutmalı disk əyləclər, beş qollu Fuçs xəlitə kənarları oldu. Bu dəyişikliklərdən sonra maksimum sürət 225 km/saata çıxarkən, 0–100 km/sa sürətlənmə də 7.9 saniyəyə endi. O ardıcıllığı 911lər avqust 1964dən A ardıcıllığı ilə dəyişdirildikləri avqust 1967ə qədər 13.391 ədəd çıxarıldı.

911 Model Seriyası

[redaktə | mənbəni redaktə et]
Porsche 911 tarixi
Model 1960 1970 1980 1990 2000
0 1 2 3 4 5 6 7 8 9 0 1 2 3 4 5 6 7 8 9 0 1 2 3 4 5 6 7 8 9 0 1 2 3 4 5 6 7 8 9 0 1 2 3 4 5 6 7 8 9
911 Klasik 911
G, H, I, J ve 911 SC
964 964
993 993
996 996
997 997

Hava soyutmalı motorlar

[redaktə | mənbəni redaktə et]

Porşe 911, ilk Porşe modeli və Volksvagen Beettlenin daha idman halı olan 356 seriyasının yerinə; daha böyük, komfortlu və güclü bir vasitə qoymaq məqsədiylə hazırlanmışdır. 1963 Frankfurt avtomobil sərgisində ilk dəfə mətbuat təqdimatı edilmişdir. İlk təqdimatda model adı, eyni zamanda fabrikdəki dizayn müddətində kod adı da olan Porşe 901dir. Ancaq Peugeot, ortasında sıfır olan üç rəqəmli avtomobil adlarının öz istifadəsində olduğunu ifadə edərək bu adı etiraz etdikdən sonra, istehsal başlamadan dərhal əvvəl model adı 911 olaraq dəyişdirilmişdir. İlk 911-lər 1964-cü ildə satışa təqdim edilmişdir.

911 2.0-litr / O, A və B seriaları (1964–1969)

[redaktə | mənbəni redaktə et]

İlk 911 modelləri, 356 modellərinı oxşar olaraq, hava soyutmalı, 6 silindrli 1991cc həcmində boksçu motora sahipdir. Bu motor müvəffəqiyyətli yarış modeli 804-dən alınmış, səkkiz silindrin ikisi ləğv edilərək yeni vasitəyə əlavə edilmişdir. 80 mm diametr (bore), 66mm hərəkət məsafəsinə (strok) sahib motor, 9.1:1 sıxışdırma nisbəti və iki ədəd üç boğazlı 40PI Soleks karbüratoru ilə 6100 dövr/dəqiqədə 130 bhp güc çıxarmaqda idi. Motor ümumi etibarilə alüminiumdan çıxarılmış, ancaq bəzi yerlərdə sərt dəmir silindr divarları və polad əlaqə çubuqları istifadə edilmişdi. Motor gücünü 5 irəli nisbətli manual "Tip 901" ötürmə ilə çatdırmaqda idi. 0–100 km/saat sürətlənməsini öz istehsal vaxtına görə idman avtomobili sayılmasına çatacaq bir vaxt olan 11 saniyədə tamamlayırdı.