Porsuk çayı

Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay.

Porsuk çayı
türk. Porsuk çayı
Ölkə  Türkiyə
Region
Vilayət
  • Əskişəhər
Şəhər
Mənbəyi Bulaq
Mənsəbi Sakarya çayı
 • Yüksəkliyi 677 m
Uzunluğu 448 km
Hövzəsinin sahəsi 10.869 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur.

Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir.

Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.[1]

  1. "Porsuk Çayı Havzasında Düşük Akım Analizi" (türkcə). 2017-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-17.