Porsuq (Məhəmməd Təpərin generalı)

Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalıHəmədan şəhərinin əmiri.

Porsuq
Vəfat tarixi 1116
Atası Porsuq (Toğrulun generalı)
Fəaliyyəti hərbi lider[d], rəhbər

Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur.[1] Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir.[2] Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır.[2] Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi.[3][4] Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi.[2][3] Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi.[4][5][6] Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü.[4][5] Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.[5] İlqazi bəy və Tuğtəkin Antioxiya knyazlığında naib olan Ruggero di Salerno ilə münasibət yaratdılar və qisa bir müddət sonra Ruggero digər səlibçi dövlətlərinin liderləri olan Qüds kralı I Baudouin, Tripoli hersoqu Pons və Urfa hersoqu Baudouinə yardım çağırışı etdi.[5]

Ruggero 14 sentyabr 1115-ci ildə Porsuqu Tell Danith döyüşündə məğlub etdi. Porsuqun məğlubiyyətindən sonra Mosul səlcuqluları səlibçi dövlətlərinə qarşı 10 il müddətinə hərbi yürüş həyata keçirməkdən çəkindilər.[6][7] Döyüşdəki məğlubiyyətdən keçən bir neçə aydan sonra Porsuq məğlubiyyətdən utandığına görə vəfat etdi. Qardaşı Zəngi də elə həmin il də vəfat etdi.[2]

  • Barber, Malcolm. The Crusader States. Yale University Press. 2012. ISBN 978-0-300-11312-9.
  • Lock, Peter. The Routledge Companion to the Crusades. Routledge. 2006. ISBN 9-78-0-415-39312-6.
  1. رحمتی, محسن. "خاندان برسقی و تحولات عصر سلجوقی" (PDF). پژوهش های تاریخی (fars). 10 (1). March 2018. doi:10.22108/jhr.2017.83577. 2018-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-24.
  2. 1 2 3 4 Cahen, 1969. səh. 170
  3. 1 2 Fink, 1969. səh. 403
  4. 1 2 3 Lock, 2006. səh. 32
  5. 1 2 3 4 Fink, 1969. səh. 404
  6. 1 2 Barber, 2012. səh. 104
  7. Lock, 2006. səh. 33