Portağal tortu

Ərzaqlar[redaktə | mənbəni redaktə et]

12 porsiya üçün nəzərdə tutulub:

  • 100 q.yağ
  • 50 q. şəkər kirşanı
  • 1 ədəd yumurta sarısı
  • 150 q. un
  • 1 ədəd portağal
  • ¼ litr qaymaq
  • 50 q. portağal cemi
  • 100 q.şəkər
  • 6 ədəd yumurta
  • 3 ədəd limonun qurudulmuş qabığı
  • 50 q. şəkər
  • 2 x.q. su
  • 2 ədəd saplaqlı gilas

Hazırlanma qaydası[redaktə | mənbəni redaktə et]

Sobanı 200 dərəcədə qızdırın. Un, yağ, şəkər və yumurta sarısını yaxşıca qarışdırıb xəmir yoğurun. Sonra xəmirin üstünə dəsmalı örtüb, iki saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxaran kimi xəmiri 3mm. qalınlıqda yayın və formalı qaba yerləşdirin. Portağal cemini xəmirin dibinə sürtün. Sonra şəkər, qaymaq, yumurtaları və limonun qabığını qatı köpük alınana qədər yaxşıca çalın. Alınmış məhlulu xəmirin üzərinə töküb 55-60 dəqiqə bişirin.

Portağalın qabığını soyub, nazik dilimlərlə kəsin. Şəkərlə suyu qaynadıb qatı şərbət hazırlayın. Sonra portağal dilimlərini 2-3 dəqiqəlik şərbətə yerləşdirin. Şərbəti süzün, portağal dilimlərini isə hazır tortun üzərinə qoyun. Tort hazır olandan sonra üzərini gilasla da bəzəyə bilərsiz.

Mənbə[redaktə | mənbəni redaktə et]