Portuqaliya–Səfəvi münasibətləri

Portuqaliya–Səfəvi münasibətləriPortuqaliya Krallığı ilə Səfəvi dövləti arasındakı mövcud olmuş ikitərəfli əlaqələr.

Aralıq dənizi vasitəsilə digər qərb ölkələrindən odlu silahlar ala bilməyən Şah İsmayıl Çaldıran döyüşü ərəfəsi Portuqaliya ilə yaxınlaşmağa cəhd göstərirdi. Məqsəd Fars körfəzi vasitəsilə bu dövlətdən odlu silahlar, artilleriya mütəxəssisləri almaq idi. Buna görə də o, Portuqaliyanın İran körfəzində möhkəmlənməsinə mane olmadı. Səfəvi–Portuqaliya danışıqları rəsmi sazişlə nəticələndi. Lakin bu müqavilənin də Səfəvilər üçün real nəticəsi olmadı. Çünki Səfəvi dövlətinin Osmanlı İmperiyası ilə toqquşdurub hər ikisini zəiflətmək siyasəti yeridən Portuqaliya Şah İsmayıl ordusunu odlu silahla təchiz etmədi.