Bu məqaləni vikiləşdirmək lazımdır. |
Portuqaliya rabitəsi – telefon, radio, poçt rabitəsi, şəbəkəyə çıxış və s. xidmətləri özündə birləşdirir. Sahə üzrə Portuqaliyada fəaliyyət göstərən mütəxəssislərin sayı ötən ilə nisbətən artmışdır. Portuqaliya Rabitə İnstitutunun proqnozuna əsasən, ölkə iqtisadiyyatının bu sahəsi üzrə 2010-cu ilədək 12-17 min iş yeri açılacaq. "Maxitel" kompaniyasının keçirdiyi araşdırma nəticəsində məlum olmuşdur ki, yaxın 4 ildə telekommunikasiya kompaniyasının təqdim etdiyi xidmətin həcminin artacağı gözlənilir. Hazırda rabitə sahəsində yeni texnologiyalar tətbiq edilir və təkmilləşdirilir. Bu proses zamanı bir sıra çətinliklər ortaya çıxır. Bu məqsədlə Portuqaliyada iyun ayında "telekommunikasiya sahəsində keçid dövrü" mövzusuna həsr edilmiş tədbir keçirilmişdir. Bu, telekommunikasiya sahəsi üzrə keçirilən digər təbdirlərdən fərqlənir. Sahənin veteranları telekommunikasiya sahəsi üzrə qarşıda duran məsələlər barədə konstruktiv dialoq şəklində müzakirələr keçirmişlər. Tədbirdə simli, simsiz və kabel rabitə, sənaye sektorunun nümayəndələri, akademik cəmiyyətin tənzimləyiciləri və nümayəndələri, sahə operatorları iştirak edirdi.
Ölkənin telekommunikasiya bazarının xüsusi kompaniyaların (buraya stasionar telefon rabitəsi aid edilir) üzünə açılması ilə əlaqədar hökumət 2000-ci ildə "Portugal Telecom" kompaniyasını 4 dəfə özəlləşdirmişdir. Hərracda kompaniyanın 13,5% səhm payı satışı zamanı dövlət 11,5% kapitala malik olmuşdur. Bunun nəticəsində isə dövlət büdcəsində 200 milyard eskudo artım oldu. Ölkədə telekommunikasiya xidməti operatorlar tərəfindən həyata keçirilir.
Poçt rabitəsi də mühüm xidmət göstərən bir sahədir. Ölkədə poçt xidməti "CTT- Corries Al Portugal" inhisarçı müəssisəsi tərəfindən təqdim olunur. 1999-cu ildən Lissabonda tikilmiş "Kabu Ruyvu" poçt göndərişini emal edən mərkəz hələ də fəaliyyət göstərir. Mərkəz saatda 40 min korrespondensiya emal edən avadanlıqlarla təchiz olunmuşdur. Ölkədə fəaliyyət göstərən "Vodafone" kompaniyası dünyanın istənilən məkanına mobil telefon vasitəsilə poçt açıqcalarını göndərmək üçün xidmət tətbiq etmişdir.
Mobil rabitə sektorunda isə "Telecel", "TMN", "Optimus", "Orange" və s. operatorlar fəaliyyət göstərir. "TMN" istifadəçiləri sayına görə lider hesab edilir. Bu sektor üzrə sistemi daha da təkmilləşdirmək üçün xarici kompaniyalar bir sıra işlər aparır. Məsələn, "Huawei Technologies" kompaniyası ölkədə CDMA450 şəbəkəsini istifadəyə vermişdir. Bununla yanaşı "Huawei Technologies" İMT-2000 bazalı stansiya və terminal seriyalarını da yerləşdirmişdir. Burada telefoniya ilə yanaşı Push-To-Talk, gpsOne, EV-DO və b. multimedia xidmətlərinin təqdim edilməsinə imkan yaranmışdır. İstifadəçilər arasında mobil-video xidməti geniş vüsət tapmışdır. Artıq ölkədə 3G rabitə standartı da istismara verilmişdir.
Ölkədə kütləvi informasiya vasitəsi kimi televiziya yayımı mövcuddur. Hazırda Portuqaliyada RTP1, RTP2, SİC, TV1, RTP Azores, RTP Madeira kimi telekanallar fəaliyyət göstərir. 1999-cu ildə Portuqaliya hökuməti rəqəmli siqnalın bölüşdürülməsi üçün şəbəkə və infrastrukturun yaradılması ilə bağlı rəqəmli TV operator müsabiqəsi keçirmişdir. Ölkədə rəqəmli standartla ilk yayım 2000-ci ildə həyata keçirilmişdir. Ölkədə rəqəmli yayımın daha da genişlənidirilməsi ilə əlaqədar bir sıra yayım kompaniyaları sınaq yayım keçirirlər. "TV Cabo" kompaniyasını belələrinə adi etmək olar. Kompaniya "Microsoft" platforması bazasında rəqəmli televiziya şəbəkəsini istismara vermişdir. Kompaniya artıq 90% abunəçi tutumuna malikdir.
Portuqaliyada elektron hökumət yaradılması istiqamətində hökumət tərəfindən bir sıra layihələr irəli sürülür. 2001-ci ildən "hər bir vətəndaşın vahid elektron kartı" layihəsi üzərində işlər aparılır. Bu layihənin 2006-cı ildə işıq üzü görəcəyi nəzərdə tutulmuşdur. 2005-ci ildə Baş nazir seçilmiş Xose Sokrates informasiya cəmiyyətinin inkişafında aparıcı istiqamət olduğunu bildirmişdir. Onun sözlərinə əsasən, bu kart eyni zamanda bürokratiyanın aradan qaldırılmasına və hər bir vətəndaşın dövlət xidmətlərindən istifadə etmək imkanı əldə etməsinə kömək edəcək. Bununla yanaşı Baş nazir informasiya texnologiyalarının sürətli və rəqabət qabiliyyətli xidmət olduğunu nəzərə alaraq savadlı mütəxəssislərin artırılmasının zəruri olduğunu qeyd etmişdir. Belə xidmətlərdən biri də bank xidmətidir. Artıq ölkədə "Western Union" xidmətindən çox rahat istifadə edilir və müştərilərə daha yeni imkanlar təqdim edilir. "Portugal Telecom" "Caixa Geral de Depositos" Dövlət Malliyə İdarəsi ilə birgə elektron kommersiya sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər.
2005-2006-cı illər üçün ölkədə informasiya cəmiyyətinin yaradılması ilə əlaqədar bir sıra strateji layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlara tibbi təyinat onlayn sistemi daxil olmaqla bir sıra elektron xidmətlərin yaradılması, 2005-ci ildə ünvanın dəyişdirilməsi ilə bağlı tam rəqəmsallaşmanın həyata keçirilməsi, maariflənmə portalının 2006-cı ildə buraxılışı, turizm, mədəniyyət, ekologiya, həmçinin xaricdə olan vətəndaşlar üçün tematik portalın açılması, 2005-ci ildə İKT sahəsi üzrə hazırlıq portalının buraxılışı, sahə üzrə treninq mərkəzlərinin yaradılması, yaşlı nəslin nümayəndələrinin rəqəmli texnologiyaya yiyələnmə ilə əlaqədar layihələrin irəli sürülməsi, genişzolaqlı qoşulmanın sayının artırılması və s. daxildir. İnformasiya texnologiyalarının inkişafında internetin rolu böyükdür. Bir çox xidmətlərlə yanşı internet vasitəsilə elektron vergi deklorasiya xidməti də geniş vüsət tapmışdır. Bu xidmət elektron hökumət sahəsi üzrə ümummilli müsabiqədə 2005- ci ilin aprel ayında "Rublic Sector Good Practice Award" mükafatına layiq görülmüşdur.